Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2021

Yəməndə 4 ərəbistanlı zabit məhv edilib

Yəmənin “Əl-Məsirə” televiziya kanalının Məaribdəki yerli mənbələrə istinalda verdiyi xəbərə görə, bu gün Tədavunda yerləşən Ərəbistan hərbi bazasına raket hücumu nəticəsində işğalçı qüvvələrin 2-si mayor, 1-i kapitan və 1-i çavuş olmaqla 4 zabiti məhv edilib.
Habelə, bu hücumda Yəməndə istefa verərək ölkədən qaçmış sabiq prezident Mənsur Hadiyə bağlı 4 silahlı öldürülüb.
Raket hücumunun kim tərəfindən edildiyi hələlik məlum deyil.
Məarib əyalətində son bir neçə ayda Yəmən ordusu və xalq komitələri ilə təcavüzkar Ərəbistan koalisiyasına bağlı qüvvələr arasında şiddətli döyüşlər gedir. Səna hökumətinə bağlı qüvvələr son aylarda nəzərəçarpan səviyyədə irəliləyiblər, şimal, cənub və qərbdən Məarib şəhərinə yaxınlaşıblar.
3692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
03.03.25, 08:55
Qusarda odunu 600 manata...
Go to TOP