Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2021

Portağal

Sitrus meyvələri soyuq qış fəslinin enerji mənbəyi hesab edilir. Bunlardan biri də portağaldır. Onun ləti, suyu, hətta qabığı belə çox faydalıdır. Bir çox insan daha çox portağalın meyvəsinə diqqət yetirir və soyduqdan sonra qabığını atır. Lakin onun qabığı da çox faydalıdır. Portağal qabığını soyarkən hiss etdiyimiz o ecazkar aroma ətiri dəri xərçənginin qarşısını alır.


1. Portağallı su

İndiyə qədər bir çoxlarımız limonlu suyu hazırlayıb. Bəs portağallı su? Portağalı dilimlərə bölüb çayınıza və ya suyunuza əlavə edib içə bilərsiniz.

2. Portağal çayı

Bəzi meyvələrdə olduğu kimi, portağalın da çayını hazırlamaq mümkündür. 4 dilim portağal, 3-4 ədəd mixək(qurudulmuş qərənfil ləçəyi), 1 çay qaşığı sarı kökü 2 stəkan suya qatın və qaynadın. Bundan sonra 1 çay qaşığı darçın əlavə edin və dəmləyin.

3. Portağal qabığı

Portağal qabığından bir çox yeməklərdə istifadə edə biləriniz. Daha çox dəniz məhsulları, toyuq, xüsusilə zeytun yağı ilə hazırlanan salatlarda istifadə edilir. Şirniyyatlarınızı bəzəmək üçün də portağal qabığını kiçik formada doğrayıb üzərinə əlavə edə bilərsiniz.

4. Portağal aroması

Portağal dilimlərini qurudub onlardan bəzək əşyaları düzəldə yaxud da otağınız üçün gözəl aroma ətiri yarada bilərsiniz. Bunun üçün mixək(qurudulmuş qərənfil ləçəyini) portağalın üzərinə sıra ilə düzün. Otaqda bir yerə qoyun. Bir müddət sonra evi xoşagələn aroma ətiri bürüyüəcək.

5. Portağaldan hazırlanan buz kubları

Yeni sıxılmış portağal suyu ilə buz kubları düzəldib çayınıza yaxud da suyunuza əlavə edə bilərsiniz. Bu içəcəyiniz mayenin ləzzətini artırımaqla yanaşı, onu C vitamini ilə də zənginləşdirəcək.
413 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP