Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2020

Yəmən qüvvələri strateji Mas bazasının azad etdi

“Sputnik”-in verdiyi xəbərə görə, Yəmən ordusu və xalq komitələri Ərəbistan koalisiyası ünsürlərinə qarşı mübarizədə Məarib əyalətində strateji Mas bazasını düşməndən azad edib. Bu baza Yəməndə Ərəbistan muzdurlarına aid ən böyük baza sayılır.
Mas bazasının azad edilməsi ilə demək olar ki, müqavimət qüvvələri Məarib əyalətində Ərəbistan və müttəfiqlərinə ağır zərbə vurmuşdur.
Yəmənli qüvvələrin bu uğurlu əməliyyatında Ərəbistan koalisiyasına aid yüzlərlə təcavüzkar məhv edilib, yaralanıb və əsir götürülüb.
Mas bazası həm də istefa verərək ölkədən qaçmış Mənsur Hadi hökumətinə bağlı qüvvələrin Məaribdə sonuncu bazaları idi və onun azad edilməsi ilə tezliklə Məraib əyaləti bütün müqavimət qüvvələrinin nəzarətinə keçəcək.
İki gün bundan öncə KİV-lər təcavüzkar Ərəbistan koalisiyasının öz ağır texnikasını Məaribdən çıxarması ilə bağlı görüntülərini yaymışdı.
Məraib əyaləti strateji önəmindən əlavə iqtisadi əhəmiyyət də daşıyır. Səna qüvvələrinin bu şəhəri düşməndən azad etməsi Yəməndə Ərəbistan muzdurlarının hökumətinin sonu və bu ölkədə tarixin yeni fəslinin başlanması sayılır.
2647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP