Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2020

Ümumdünya Əhli-Beyt Assambleyası Ermənistanın Gəncə şəhərinə hücumu ilə bağlı bəyanat yayıb

Təcavüzkar Ermənistan qüvvələrinin Gəncə şəhərinə raket hücumu və Azərbaycan vətəndaşlarından bir neçəsinin şəhid olması və yaralanmasının ardınca Ümumdünya Əhli-Beyt Assambleyası bəyanat yayaraq bu hücumu pisləyib. Bəyanatda vurğulanır: “Gəncə, İmamzadə İbrahim ibn Baqirin (ə) şəhəridir.”

Bəyanatda deyilir: “İmamzadə İbrahim ibn Baqirin (ə) mübarək hərəmi yerləşdiyi üçün İmamzadə şəhəri adı ilə zinətlənmiş Gəncə şəhərinə Ermənistanın hava hücumu və bu şəhərin mülki şəxsləri olan bir neçə şiənin şəhid olması və yaralanması xəbəri bizi kədərləndirdi.

Ümumdünya Əhli-Beyt Assambleyası dünyanın hər yerində yaşayan şiələrin hüquqlarının qorunması zati missiyasına uyğun olaraq iki ölkə arasında atəşkəs vəziyyətində baş vermiş bu hadisəni və mülki əhaliyə qarşı edilən bu hücumu pisləyir, bu hadisədə həyatlarını itirənlərə Allahdan məğfirət diləyir və onların yaxınlarına səbr və dözüm diləyir.”
275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP