Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2020

SEPAH Generalı Rəhim Noyi Əqdəm: Qarabağdakı terrorçularla mübarizəyə hazırıq

İran Qarabağdakı terrorçularla mübarizəyə hazırdır.

Bunu İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəm deyib.

SEPAH generalı bildirib ki, Azərbaycan müraciət edərsə, İran dəstək verməyə hazırdır.

“İran hər zaman bölgədə sülhün və qan tökülməməsinin tərəfdarıdır. Rəsmi Bakı Tehrana kömək üçün müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır”, - Rəhim Noyi Əqdəm vurğulayıb.

Qeyd edək ki, Rəhim Noyi Əqdəm I Qarabağ müharibəsində Azərbaycan tərəfindən döyüşüb. O, Fəxri fərman və medallarla, həmçinin Heydər Əliyev tərəfindən simvolik qılıncla mükafatlandırılıb.
475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP