Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2020

Yəmən Ərəbistanın mühüm hərbi mövqelərinə qarşı dron hücumu həyata keçirib

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii Ərəbistanın mühüm və həssas hərbi obyektlərinə qarşı dron hücumu həyata keçirtdiklərini xəbər verib.
Bazar günü həyata keçən bu əməliyyatda Ərəbistanın Abha beynəlxalq hava limanı və mühüm hərbi mövqelər hədəfə alınıb. Hədəflərə dəqiq zərbələr endirilib.
Y. Sərii bu hücumun Ərəbistanın Yəmən xalqına qarşı vəhşi hücumlarını artırması və onları mühasirədə saxlmasına cavab olaraq baş tutduğunu bildirib.
“Əl-Məyadin” telakanalının müxbiri hücumun təfərrüatları haqda xəbər verərək Abha aeroportuna hücumun ən azı 8 dron vasitəsilə həyata keçdiyini deyib.
Bu hücumda aeroportdakı mərkəzi komandanlıq və təyyarələrin uçuşuna nəzarət mərkəzi dronların hədəfi olub.
Ərəbistanın “VAS” informasiya mərkəzi bu ölkənin Ənsarullah raketləri qarşısında məğlub olduğunu və cəmi bir PUA-nı izləyərək vura bildiyini etiraf edib.
1941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP