Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2020

Möminlə qəbr evinə daxil olan 6 gözəl sima

Əbu Bəsir İmam Baqir (ə), yaxud İmam Sadiqdən (ə) nəql edir ki, həzrət buyurdu: 

Möminin cənazəsi qəbrə qoyularkən altı gözəl sima onunla birlikdə qəbrə daxil olur. 

Onlardan biri sağ tərəfdə dayanır.
İkincisi sol tərəfdə dayanır.
Üçüncüsü üzü ilə qarşı-qarşıya dayanır.
Dördüncüsü onun arxa tərəfində dayanır.
Beşincisi onun ayaq tərəfində dayanır.
Hamıdan gözəl olan altıncı sima isə onun başı üzərində dayanır.

Beləliklə, onlar öz sahiblərinin keşiyini çəkirlər.
Hamısından gözəl olan sima digər 5 simadan soruşur: - Siz kimsiniz? Allah sizə xeyirli mükafat versin.
Cənazənin sağ tərəfində dayanan deyir: - Mən namazam.
Sol tərəfində dayanan deyir: - Mən zəkatam.
Üz-üzə dayanan deyir: - Mən orucam.
Arxa tərəfində dayanan deyir: - Mən həcc və ümrəyəm.
Ayaq tərəfində dayanan deyir: - Mən onun din qardaşlarına etdiyi yaxşılığam.
Sonra o beş sima hamıdan nurani olan simadan soruşarlar: - Hamımızdan gözəl və ətirli olan sən kimsən?
O deyər: - Mən Muhəmmədin (s) Əhli-beytinin (ə) vilayətiyəm.

(“Üsuli-Kafi”, c. 2, səh. 90)
1014 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP