Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2020

Ərəbistana ağır zərbə: 250 ölü, yaralı və əsir

Ərəbistanın Yəmən xalqına qarşı dəhşətli cinayətləri davam etdiyi bir vaxtda Yəmən ordusu və xalq komitələri qüvvələri Beyda və Məarib ətrafında düşmənə ağır zərbə vurub.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii Beyda strateji əyalətdə ordu qüvvələrinin geniş əməliyyat həyata keçirdiyini, bu əyalətin 1000 kv.km ərazisini düşməndən azad etdiyini xəbər verib.

Yəhya Sərii bildirib: “Bu əməliyyatda düşmənin Vələd Rəbi məntəqəsində hərbi cəbhələrindən biri tamamilə darmadağın edildi, düşmən qüvvələrindən 250 nəfər öldü, yaralandı və əsir düşdü. Habelə, 12-dən çox hərbi qərargah dağıdıldı.”

Mətbuat katibi vurğulayıb: “Qüvvələrimiz Beyda əyalətində 1000 kv.km-dən çox ərazini azad etdi, çoxlu miqdarda silah-sursat ələ keçirdi. Ərəb koalisiyası İŞİD və Əlqaidə ünsürlərinə kömək məqsədilə bizim mövqelərimizə on dəfələrlə hücum həyata keçirdi. Yaxın günlərdə daha mühüm hərbi əməliyyatın təfərrüatlarını elan edəcəyik. Bizim əməliyyatımız Yəmən torpaqlarının hamısını azad edənədək davam edəcək.”

Artıq bir neçə həftədir ki, Yəmən ordusu Beyda və Məaribdə ərəb koalisiyasına qarşı güclü mübarizə aparır və hər iki əyalətdə irəliləyərək onların ərazilərinin çox hissəsinə əsas mərkəzlərdə nəzarəti ələ almışdır.
1987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP