Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2020

Yəmən qüvvələri Mərib və Beydada Ərəbistanın onlarla hərbçisini məhv etdi

Ərəbistan təcavüzkarları elan etdikləri birtərəfli atəşkəsi pozaraq Yəmənin Mərib və Beyda əyalətlərində irəliləmək istəyiblər.
“Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii deyib: “Təcavüzkarlar öz axmaqlıqlarının cavabını alacaqlar.”
Mətbuat katibi vurğulayıb: “Təcavüzkarlara aid qırıcılar ötən 12 saatda Yəmənə 25 dəfə hücum etdilər və bu hücumların 23-ü cəmi bir saat ərzində Mərəb əyaləti üzərində olmuşdur. Onlar öz əsgərlərinə irəliləmək üçün hava dəstəyi verməyə təlaş edirdi.”
Y. Sərii bunu da bildirib ki, Yəmən ordusu və xalq komitələri təcavüzkar qüvvələrin Cəvf əyalətinin Xəb və Şəf məntəqələrində, habelə Mərəb əyalətinin Səvarih məntəqəsində hücumlarını dəf edib və onlarla düşmən əsgərini məhv edib.
2500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP