Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Dövlət ittihamçısı hicab məhbusuna iş istədi

Nahid Qəhrəmanovun işinə Nərimanov rayon məhkəməsində baxılır

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu gün hicab məhbusu Nahid Qəhrəmanov növbəti məhkəmə iclası keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı Nahid Qəhrəmanov barəsində 5 il azadlıqdan məhrum etmə cəzası istəyib.

Hakim növbəti məhkəmə iclasını oktaybr ayının 21-i saat 11:00-a təyin edib. Növbəti məhkəmə iclasında Nahid Qəhrəmanova hökm oxunması gözlənilir.

Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub. Ona Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham elan olunub. Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib.

Həbs edilərkən Nahid Qəhrəmanovun üstündə 17 min ABŞ dolları olub. Pulun haradan gəldiyi istintaqda dəqiqləşdirilib. Nahid Qəhrəmanov həbs olunmamışdan əvvəl ailəsinə məxsus torpaq sahəsini satıbmış.
5574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP