Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2018

Təcavüzkar Ərəbistan Yəməndə xəstəxananı bombaladı - 52 şəhid

Yəmən mənbələrinin verdiyi xəbərə görə, 2 avqustda Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya aid qırıcılar Yəmənin “Əl-Surə” xəstəxanasına qanlı hücum edib.
“Əl-Məsirə” televiziya kanalı təcili xəbərində bildirib ki, təcavüzkar rejimin Əl-Surə xəstəxanasına hücumu nəticəsində xəstəxana əməkdaşları və xəstələr olmaqla 40 nəfər həlak olub və yaralanıb.
Livanın “Əl-Məyadin” televiziya kanalının hadisə yerindən verdiyi xəbərə görə isə bu qətliamda 52 nəfər şəhid olub və çoxlu sayda insan yaralanıb.
Təcavüzkar rejim eyni zamanda Əl-Hudəydə limanında yəmənli balıqçıların qayıqlarını bombalayıb. Bu hadisədə də bir neçə nəfər balıqçı həlak olub və yaralanıb.
Yəmən mənbələrinin bildirdiyinə görə, həlak olanların sayının artacağı gözlənilir.
4241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
05.07.25, 07:56
“TASUA” GÜNÜ
Go to TOP