Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2018

Ənsarullah Hərəkatı birtərəfli olaraq atəşkəs elan edib

“Əl-Cəzirə” kanalının verdiyi xəbərə görə, Yəmən Ənsarullah Hərəkatı dünən axşam dənizdə hərbi əməliyyatları dayandırmaq məqsədilə birtərəfli olaraq iki həftə müddətində atəşkəs elan edib.
Lakin Ənsarullah bunun şərtli olduğunu bildirərək deyib: “Ərəbistan və BƏƏ böhranı şiddətləndirməsələr, atəşkəs baş tutacaq.”
Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd əl-Husi bu barədə verdiyi açıqlamasında deyib: “Əməliyyatların dayandırılmasını müəyyən müddətə kimi uzatmağa hazırdır və bu məsələ müharibənin bütün cəbhələrdə dayandırılması məqsədi güdür.”
Yəmənin istefa vermiş prezidenti, habelə Ərəbistan və BƏƏ tərəfi hələlik bu məsələyə münasibət bildirməyib.
4445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
05.07.25, 07:56
“TASUA” GÜNÜ
Go to TOP