Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2018

Yəmən müharibəni Ərəbistan və BƏƏ-nin daxilinə çəkir

“Forbes” qəzeti öz təhlilində yazıb: “Yaxın Şərq ölkələrindən biri Avstraliya şirkətindən PUA əleyhinə sistem almaq istədiyini bildirib.”
Bu ölkənin adını birbaşa çəkməyən qəzet əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərindən bir heyət Fransa və Finlandiyada PUA sistemləri istehsal edən şirkətlərlərdə olub.
“Forbes” Yəmən ordusu və xalq komitələrinin Əbu Dabi beynəlxalq hava limanına dron hücumuna toxunaraq yazıb: “Bu hadisə təsdiq edir ki, Ənsarullah Hərəkatı Ərəbistan və BƏƏ üçün ötən üç ildən daha artıq təhlükəli olmuşdur.”
Məqaləni yazan Dominic Dudley vurğulayıb: “Husilərin iqtisadi təsisata hücumu onların Yəmən müharibəsini Ərəbistan və BƏƏ-nin daxilinə çəkməsini göstərir.”
Yəmən qüvvələri cümə axşamı günü “Səmad-3” tipli dron vasitəsilə Əbu Dabi beynəlxalq aeroportunu vurduğunu elan etdi. Yəmən hava qüvvələrinin mətbuat katibi Abdullah Həsən əl-Cəfəri bildirib ki, gələn mərhələdə təcavüzkar ölkələrin infrastrukturları vurulacaq.
Mətbuat katibi əlavə edib: “PUA Əbu Dabi aeroportunu vurmaq üçün 1500 km məsafəni qət edib.”
Yəmən qüvvələri və xalq komitələri bundan əvvəl də Riyadda “Saudi Aramco” neft şirkətini “Səmad-3” dronu ilə vurmuşdu.
4279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP