Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2018

Qrifits Ənsarullahla müzakirələri konstruktiv adlandırıb

BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Qrifits öz Tvitter səhifəsində Ənsarullah Hərəkatı rəhbərləri ilə müzakirələrini konstruktiv adlandırıb.
M. Qrifits gələn cümə axşamı günü (2 avqust) Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəyini və Yəməndə müharibəyə son qoymaq üçün öz nailiyyətləri barədə məruzə edəcəyini xəbər verib.
BMT nümayəndəsi əlavə edib: “Səna hava limanından çıxmağımda təxirin yaranması texniki problemlər üzündən idi.”
Xatırladaq ki, BMT-nin Yəmən işləri üzrə xüsusi nümayəndəsi Martin Qrifits cümə axşamı günü Ənsarullah Hərəkatının baş katibi Əbdülməlik əl-Husi ilə görüşüb.
4032 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP