Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2018

Yəmən ordusu Əbu Dabi beynəlxalq hava limanını vurdu

Yəmən ordusu Birləşmiş Ərəb Əmirliklərinin Yəmən xalqına qarşı təcavüzünə cavab olaraq bu ölkənin Əbu Dabi beynəlxalq hava limanını vurub.
“Əl-Məsirə” televiziya kanalı təcili xəbərində bildirib ki, Yəmən ordusu və xalq komitələri BƏƏ-nin Yəmən xalqına təcavüzlərinə cavab olaraq bu ölkənin Əbu Dabi beynəlxalq hava limanını “Simad-3” dronu vasitəsilə bir neçə dəfə vurub.
Əbu Dabi aeroportunun müdiri bu xəbəri təsdiq etsə də, onun təfərrüatları barədə açıqlama verməyib.
“Ən-Nəşrə” saytının yaydığı xəbərə görə, Yəmənin dron hücumundan sonra Əbu Dabi aeroportunda uçuşlar hər iki istiqamətdə dayandırılıb.
Qeyd edək ki, Yəmən qüvvələri bundan əvvəl BƏƏ-nin təcavüzünə cavab verəcəklərini elan etmişdi və Yəmən raketlərinin Əbu Dabiyə çatmasını bildirərək, xarici şirkətlərdən BƏƏ-ni tərk etmələrini istəmişdi.
3916 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP