Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2018

Ərəbistan koalisiyası uşaq qatili kimi BMT-nin qara siyahısına salındı

“Əl-Cəzirə”-nin verdiyi xəbərə görə, BMT öz açıqlamasında bildirib ki, Ərəbistan koalisiyası Yəməndə qarşıdurma bölgələrində uşaqların hüquqlarını pozub.
BMT öz açıqlamasında Yəməndə 1300 uşağın Ərəbistan koalisiyasının hava hücumları nəticəsində ölməsi və yaralanmasını vurğulayıb. BMT Ərəbistanı 368 uşağı qətlə yetirməkdə cavabdeh hesab edib.
Ərəbistan Yəməndə istefa verərək ölkədən qaçmış sabiq prezident Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə artıq 4-cü ildir ki, Yəmən xalqına qarşı hücumunu davam etdirir. Xalqın müqavimətini qırmaq məqsədilə ən çox ümumi məkanlar, bazarlar, əsas infrastrukturlar bombalanır. Ərəbistan hətta qaçqın düşərgələrinə, toy və əzadarlıq mərasimlərinə belə rəhm etmədən hücum edir. Bu hücumlar nəticəsində indiyədək 14 mindən çox dinc əhali həlak olmuşdur.
3207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP