Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2018

Təhlükəsizlik Şurası bu gün Yəmən barədə iclas keçirəcək

“Ən-Nəşrə”-nin verdiyi xəbərə görə, BMT-nin Təhlükəsizlik Şurası bu gün bağlı qapılar arxasında Yəmən barədə iclas keçirəcək. İclasda BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Qrifits TŞ-nın üzvlərinə sülh layihəsini təqdim edəcək. Qrifits TŞ-na ilk məruzəsini 17 apreldə təqdim etmişdi və söz vermişdi ki, iki aydan sonra ikinci məruzəsini təqdim edəcək.
Yəmən mənbələrinin verdiyi açıqlamaya görə, M. Qrifitsin Ənsarullah Hərəkatı ilə Əl-Hudəydə barədə müzakirələri nəticəsiz qalıb və BMT nümayəndəsi bu gün (bazar ertəsi) Sənanı tərk edib.
2854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP