Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2018

Ənsarullah lideri: Biz bu gün Amerika və İsraillə döyüşürük

Ramazan bayramı münasibətilə çıxış edən Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik Əl-Husi söz verib ki, Əl-Hudəydə təcavüzkarların və tamahkarların qərq olduğu batlağa çevriləcək.
“Əl-Məsirə” saytının verdiyi xəbərə görə, Ənsarullah rəhbəri Yəmənin qərb sahilində gedən döyüşləri əsas və mühüm adlandıraraq deyib: “Təcavüzkarlar tarix boyu Yəmənin qərb sahilinə və onun adalarına göz dikiblər, bu ərazilər onların strateji məqsədi olub.”
Əl-Husi vurğulayıb: “Bizim bu günkü döyşümüz Amerika və İsrail ilədir. Əl-Hudəydəni işğal etməyi özünün regional səviyyədə strateji hədəfi bilənlər, Birləşmiş Ərəb Əmirlikləri, onların muzdurları Amerika, İngiltərə və İsrailin əsgər və alətləridir.
Amerika istəyir ki, BƏƏ-li, sudanlı axmaqları və münafiqləri təhlükə meydanına göndərsin, özü isə arxa cəbhədə oturub müşahidəçi olsun. Əgər Amerika və İsrailə tabe olsaq, öz kimlik və izzətimizi itirərik, İslamdan onun yalnız quru adı qalar.”
Ənsarullah Hərəkatının baş katibi çıxışının davamında Əl-Hudəydə cəbhəsində bütün gücləri ilə müqavimət göstərəcəklərinə təkid edərək deyib: “Biz bu gün öz ata-babalarımızdan daha güclüyük.”
3605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP