Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2018

Ənsarullah: Ərəbistan koalisiyası Əl-Hudəydədə irəliləyə bilməyib

Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Zeyfullah Əl-Şami “Əl-Məyadin” televiziya kanalına verdiyi açıqlamasında deyib: “Təcavüzkar Ərəbistan koalisiyası indiyədək Əl-Hudəydədə heç bir irəliləyiş əldə edə bilməyib. Ərəbistan və BƏƏ hərbçilərinin helibornlarını məğlubiyyətə uğratdıq.”
Zeyfullah vurğulayıb: “Əl-Hudəydə limanı Yəmənin qanuni dövlətinin nəzarəti altındadır. Ölkəmizə hücum etmiş təcavüzkar Ərəbistan koalisiyasına qarşı sürprizlərimiz var.
Təcavüzkarlar Əl-Hudəydə hava limanından çox uzaqdadır və Yəmən qüvvələri aeroportun daxilindədir. Əl-Hudəydədə düşmənin 11 hərbi avtomobili məhv edilib.”
Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü əlavə edib: “Biz izzətimizi qoruyacaq ədalətli sülh üçün əlimizi uzadırıq. Sülhə müxalif olanlar zillət və təslim olmaq üzrədir.”
3742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP