Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2018

Ərəbistan qırıcılarının Həccəyə ağır hücumları

Təcavüzkar Ərəbistan rejimi Yəmənin Həccə əyalətində bir neçə dəfə ağır hücumlar həyata keçirib.
“Əl-Məsirə” televiziya kanalının verdiyi xəbərə görə, Ərəbistan rejiminin Yəmənin müdafiəsiz və dinc əhalisinə qarşı silsilə cinayətləri davam edir. Bu cinayətlərin davamında Ərəbistan qırıcıları Həccə əyalətini dəfələrlə bombalayıb. Həccənin Əbəs məntəqəsi daha çox hücuma məruz qalıb.
Ərəbistan istefa vermiş və ölkədən qaçmış sabiq prezidenti hakimiyyətə qaytarmaq üçün 4-cü ildir ki, Yəmən xalqına qarşı cinayətlərini davam etdirir. Təcavüzkar rejimin hücumları nəticəsində Yəmənin 30 mindən çox dinc əhalisi şəhid olub və yaralanıb.
Müsəlman ölkələrinə daim xəyanət etmiş Ərəbistan bütün insani dəyərləri ayaq altında qoymuş, bazarları, ümumi-ictimai məkanları, qaçqın düşərgələrini, toy və matəm mərasimlərini bombalamışdır.
2864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP