Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2018

Ərəbistanın Yəmənə hava hücumunda 9 nəfər mülki şəxs şəhid oldu

Ərəbistan qırıcıları bu gün (bazar günü) Yəmənin Sədə əyalətində Əl-Əşə məntəqəsidə yaşayış binalarını bombalayıb. Yəmən mənbələrinin verdiyi xəbərə görə, bu hava hücumunda 9 nəfər mülki şəxs şəhid olub. Onların arasında qadın və uşaqlar da vardır.
Ərəbistan özünə yaxın adamı –istefa verərək ölkədən qaçmış fərari sabiq diktator Mənsur Hadi– hakimiyyətə gətirmək üçün 4 ildir ki, Yəmənə qarşı təcavüzünü davam etdirir. Bu təcavüzdə xalqın müqavimətini qırmaq üçün əsasən, ümumi məkanlar, bazarlar, yaşayış binaları, su, işıq və qaz kimi əsas infrastruklar hədəfə alınır, dinc əhali qətliam edilir. Daim müsəlmanlara xəyanət etmiş və hələ də özünü müsəlman ölkə adlandırmaqdan utanmayan Ərəbistan, hətta toy və matəm mərasimlərinə, qaçqın düşərgələrinə hücum edir. Ərəbistanın bu hücumları nəticəsində indiyədək 15 minə yaxın mülki şəxs şəhid olmuş, on minlərlə insan yaralanmış, milyonlarla insan öz ev-eşiyindən didərgin düşmüşdür, milyonlarla insan aclıq və susuzluqdan əziyyət çəkir, milyonlarla insan vəba kimi ağır xəstəliklərə məruz qalmışdır.
2915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP