Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2018

Ərəbistan qırıcıları Yəmənə kassetli bombalar atdı

“Əl-Məsirə” televiziya kanalının verdiyi xəbərə görə, Ərəbistan qırıcıları bu gün səhər vaxtı Yəmənin Sədə əyalətinin Munbih şəhərində yaşayış binalarını və əkin sahələrini kassetli bombalarla bombalayıblar.
Mənbihdən verilən xəbərdə deyilir ki, bu hücum çoxlu maddi ziyanlar vurub və bu bombaların qalıqları şəhər əhalisi üçün əsas təhlükə hesab olunur.
Ərəbistan Sədə əyalətinin müxtəlif bölgələrini dəfələrlə kassetli bombalarla vurub. Hətta Beynəlxalq Əfv Təşkilatı da Ərəbistan koalisiyasının Yəmənə qarşı hava hücumlarında kassetli bombalardan istifadə etməsini təsdiq edib.
Qeyd edək ki, Ərəbistan qərbin dəstəyi ilə artıq 4 ildir ki, Yəmənə qarşı müharibəni başlamışdır. Ərəbistana yaxın istefa vermiş və ölkədən qaçmış sabiq prezident Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə başlanmış bu hücumda Yəmənin ancaq dinc əhalisi qətliam edilir, ümumi məkanlar, bazarlar, qaçqın düşərgələri, yaşayış məntəqələri, hətta toy və matəm mərasimləri bombalanır.
2936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP