Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2018

Yəməndə 22 milyon insanın təcili qida və tibbi yardıma ehtiyacı var

BMT-nin Humanitar İşlər üzrə Əlaqələndirici Ofisi öz açıqlamasında bildirib ki, Yəməndə 22 milyon insanın gündəlik humanitar yardıma ehtiyacı vardır.
Ofisin məruzəsinə görə, Ərəbistan təcavüzkar koalisiyasının Yəmənə hücum etməsindən indiyədək bu ölkə əhalisinin 14 min nəfəri həlak olub. Əlbəttə, digər nəticələrə əsasən, həlak olanların sayı daha çoxdur.
BMT-nin Qızıl Aypara və Qırmızı Xaç komitəsinin sözçüsü deyib: “Müharibə bütün infrastrukturları sıradan çıxarıb və bu məsələ Yəmənin bütün əhalisinə təsir göstərib. Bu işdə heç bir nikbin mövzu yoxdur.”
Ərəbistan koalisiyası Yəmənin bütün keçid və limanlarını bağlayıb, bu ölkəyə qida, dərman və digər təchizatların daxil olmasına imkan vermir. Halbuki, Ərəbistanın Yəmənə hərbi təcavüzündən sonra bu ölkənin infrastrukturları dağıdıldı və lazım olan məhsullarının 90 faizi xaricdən idxal olmalıdır.
UNİCEF-in araşdırmalarına görə, Yəməndə 11 milyon uşağın, qida, tibb və təhsilə ehtiyacı vardır, zəif qidalanma genişlənib, 16 milyon nəfər içməli sudan və tibbi yardımdan məhrum olub.
2900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
Go to TOP