Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2018

BƏƏ Ərəbistanı koalisiyadan çıxacağı ilə təhdid etdi

“YəmənPress”-in verdiyi xəbərə görə, BƏƏ rəsmisi öz müttəfiqlərini koalisiyadan çıxacağı ilə təhdid edib. Əbu Dabi vəliəhdinin müşaviri Əbdülxaliq Abdullah deyib: “Mənsur Hadi dövləti ilə ixtilaflar davam edərsə, BƏƏ öz hərbçilərini ölkəyə qaytaracağı ilə bağlı qərar verəcək.”

Əbdülxaliq Abdullah əlavə edib: “Mənsur Hadi dövləti özünün indiki siyasətlərini davam etdirəcəyi surətdə BƏƏ koalisiyadakı roluna yenidən baxacaq.”
Qeyd edək ki, Yəmənin istefa vermiş və ölkədən qaçmış sabiq prezidentini hakimiyyətə qaytarmaq üçün Ərəbistanın rəhbərliyi ilə koalisiya yaradılmışdır və BƏƏ də bu koalisiyanın fəal üzvüdür. Koalisiya qüvvələri 4 ildir ki, Yəmən xalqına qarşı vəhşiliyi davam etdirir. Ərəbistan koalisiyasının hücumları nəticəsində indiyədək 10 mindən çox dinc sakin şəhid olmuş, on minlərlə insan yaralanmış, milyonlarla insan öz yurd-yuvalarından didərgin düşmüş, əhali vəba kimi yolxucu xəstəliklərə dücar olmuş, içməli su və qida qıtlığı ilə üzləşmişdir. Koalisiya üzvlərinin etirazlarına və hərbi qüvvə göndərməkdən imtina etmələrinə baxmayaraq, Ərəbistan Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə hələ də Yəmənin dinc əhalisini qətliam etməkdə davam edir.
3647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP