Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2018

Ərəbistanın vəhşiliyi BMT-ni dilə gətirdi

Ərəbistanın 4 il ərzində Yəmənin dinc əhalisini bombalaması nəhayət ki, BMT-ni öz sükutunu pozmağa məcbur edib. BMT İnsan Haqları Ofisinin mətbuat katibi Liz Throssell bu barədə deyib: “Təkcə ötən 4 gündə ən azından 45 nəfər mülki şəxs hava hücumları nəticəsində həlak olub.”
L. Throssell əlavə edib: “Bu əməliyyatlarda Yəmənin çoxlu dinc sakini də yaralanıb. Ötən cümə günü Ərəbistan koalisiyası qırıcılarının Təizin Əl-Əriş məntəqəsində mülki avtomobilə hücumunun şahidi olduq və bu hücum nəticəsində 5 nəfəri uşaq olmaqla 21 dinc həlak oldu.”
BMT İnsan Haqları Təşkilatının mətbuat katibi daha sonra deyib: “Bu əməliyyatda əli olanlar öz cinayətlərinə görə cavab verməlidir. Ərəbistan koalisiyası qanun çərçivəsində əməl etməli və belə hadisələrin baş verməsinin qarşısını alan hərəkətlər etməlidir.”
Qeyd edək ki, Ərəbistan artıq 4-cü ildir ki, Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmaq bəhanəsilə Yəmənə hərbi təcavüzü davam etdirir. Əsasən, hava hücumları çərçivəsində həyata keçən əməliyyatlarda ümumi məkanlar, su anbarları, elektrik stansiyaları, bazarlar, toy mərasimləri və qaçqın düşərgələri bombalanır. Ona görə də həlak olan və yaralananlar əsasən dinc əhalidir.
2987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP