Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2018

Ərəbistan Yəməndə toy mərasimini bombaladı-60 ölü və yaralı - Foto

Ərəbistan dünən axşam gecə saatlarında Həccə əyalətinin Ər-Raqə kəndində toy mərasimini bombalayaraq toyu yasa çevirib. Vəhşi hücumun nəticəsində 20 nəfər şəhid olub və 40 nəfər yaralanıb.
Həccənin Əl-Cumhuri xəstəxanasından verilən açıqlamaya görə, həlak olanların və yaralıların sayı həddindən artıq çoxdur və bu say hər an artmaqdadır. Hal-hazırda xəstəxananın bu qədər yaralını qəbul etmək imkanı yoxdur.
Xəstəxananın müdir müavini Ərəbistanın yaralılara yardım göstərməyə imkan vermədiyini də bildirərək deyib: “Biz hadisə yerində səyyar xəstəxana təşkil edərək yaralılara yardım göstərdik. Habelə, əhalidən hadisənin qurbanlarına qan hədiyyə etmələri üçün təcili kömək istədik. Yaralıların çoxu hələ də hadisə yerindədir. Ərəbistan qırıcılarının davamlı hücumlarına görə yaralıları oradan çıxarmaq çətinləşib. ”



 


3663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP