12 Oktyabr 2013
Bakıya “xərçəng” axını

Dünyanın ən bahalı parkinq şəhəri olan London sakininin danışığında çox şey bizim Bakıya bənzəyir - şəhərə avtomobillə girənlər tıxaclarda yetərincə benzin və vaxt itirirlər. Yeni tikilmiş parkinq meydançalarında maşını bir gün saxlamaq yetərincə bahadır və hətta metrodakı gediş qiymətləri ilə müqayisə etdikdə bizdə vəziyyət daha ağırdır. Məsələn, London metrosunda gediş haqqı 5 funt-sterlinqdir və şəhər mərkəzində bir günlük parkinqin qiyməti maksimum 60 funt təşkil edə bilər, yəni metrodan 12 dəfə bahadır. Amma Bakıda metroda gediş qiyməti 20 qəpik olduğu günlük parkinq qiymətləri 6 manatdan başlayır (metrodan 30 dəfə bahadır). Şəhərdə bəzi parkinqlərin günlük qiyməti 25 manata qədər qalxır (metrodan 500 dəfə bahadır). Londondan daha fərqli bir cəhətimiz şəhər kənarlarındakı metro stansiyalarının yanında ucuz, metro gedişini ekvivalent kimi götürdükdə günlük qiyməti 40-50 qəpikə bərabər parkinq meydanlarının olmamasıdır.
Təbii ki, belə olan şəraitdə regionlardan və ətraf qəsəbələrdən Bakıya gələnlər avtomobillə birbaşa şəhər mərkəzinə qədər getməyə məcbur olurlar. Bu isə şəhərdə tıxaclara səbəb olur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr şöbəsinin rəhbəri, polkovnik-leytenant Vaqif Əsədovun verdiyi məlumata görə, Bakıda 720 min minik avtomobili qeydiyyatdadır və hər gün Bakıya regionlardan 50 minə yaxın avtomobil daxil olur. “Son illərdə Bakıda küçə və yolların uzunluğu 2013 kilometrdən 2500 kilometrə kimi uzanıb. Hərəkətin 630-a yaxın yol ayrıcı və 230-a yaxın işıqforlu yol birləşməsi ilə tənzimlənməsinə baxmayaraq yenə də çətinliklər yaranır. Bu səbəbdən pik saatlarda avtomobillər yol boyunca sıx cərgələnirlər, mərkəzi küçə və prospektlərdə ləngimələr qeydə alınır”,- deyə polkovnik-leytenant vurğulayır.
Bakının mərkəz hissəsinə avtomobillər şəhər ətrafı qəsəbələrdən, Sumqayıt və Xırdalan kimi peyk şəhərlərdən də gəlir. Nəqliyyat üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Bakıda tıxacların yaranmasında əsas rolu şimal və qərb istiqamətdən gələn maşınlar oynayır. “Bizim araşdırmamıza görə, hər gün Bakıya bu iki istiqamətdən - Bayıldan və Şamaxinkadan 100 minə qədər avtomobil daxil olur. Bu iki istiqamətin hər birinin payına təxminən 50 min avtomobil düşür”,- deyə Azər Allahverənov Ans-ə bildirib.
Məhz bu iki istiqamətdən şəhərə girən küçələrdə böyük avtomobil sıxlığı yaşanır ki, bu, sürücülərin təyinat yerinə gec çatması ilə yanaşı, həmin küçələrdə havanın ifrat çirklənməsinə də səbəb olur. Həkimlərin dediyinə görə, son zamanlar Azərbaycanda xərçəng xəstələrinin sayının artmasını da havanın avtomobillər tərəfindən ifrat kirləndirilməsi ilə izah edirlər. Artıq Bakıda Badamdardan parlamentin binasına, Qurd qapısından FHN-nin binasına tərəf, yaxud “20 yanvar” dairəsindən Tbilisi prospekti ilə mərkəzə doğru addımlamaq insanlar üçün işgəncəyə çevrilib, avtomobil tüstüsü adamlarda baş gicələnnəməsi yaradır, ətrafda yerləşən binaların sakinləri yayda belə pəncərəni aça bilmirlər.
Azər Allahverənov ucuz parkinq sahələrinin məhz bu iki istiqamət üzərində yaradılmasını məsləhət görür. Lakin nəqliyyat üzrə ekspert bu məsələdə Bakıda formalaşmış praktikadan əl çəkməyi vacib sayır. Onun sözlərinə görə, London və Paris kimi şəhərlədə həmin parkinq yerləri bələdiyyə, yaxud şəhər meriyasının mülkiyyətidir və tarifləri də bu qurumlar müəyyən edir. “Orada özəl şirkətlər yalnız parkinqlərin tikintisində iştirak edirlər. Azərbaycanda da özəl şirkətləri parkinq tikintisinə məhz bu cür cəlb edilməlidir. Amma Bakıda özəl şirkətlər həm də parkinq sahələrini idarə edirlər və tarifləri də müəyyən edirlər. Dövlətin iştirakı sadəcə həmin yerlərin ayrılması ilə məhdudlaşır. Ona görə də şirkətlər özü bildiyi kimi tariflər tətbiq edir. Beynəlxalq təcrübə isə tam tərsini göstərir”,- deyə Azər Allahverənov bildirir.
Ekspertin sözlərinə görə, bu məsələdə sovet dövründə formalaşmış ənənələrdən çox geriləmə olub və ona görə də Bakı sakinləri avtomobillərini bahalı parkinqlərdə saxlamaq istəmirlər: “Sovet dövründə Bakının mərkəz hissələrindən ucuz dayanacaqlar var idi. Qiyməti elə ucuz idi ki, əhali maşını binanın həyətində deyil, həmin dayanacaqlarda saxlayırdı, günə 1 manat alırdılar. Sonradan həmin dayanacaqların yerində yeni göydələnlər tikildi, həmin binalarda ev almış sakinlərin avtomobilləri də əlavə problemlər yaratdı. İndi vəziyyət elədir ki, hətta şəhərin ara küçələrində də yolun sağında və solunda saxlanmış avtomobillərə görə hərəkət etmək mümkün deyil. Mərkəzdəki binaların altında satılan avtomobil yerləri də dəhşətli qiymətədir - 1 maşın üçün 30-40 min manat istənir. Həmin pula şəhər ətrafında ev almaq mümkündür”.
1990-cı illərin sonlarında Bakıda avtomobil sayı 200 mindən çox deyildi və statistikadan görünür ki, son 10 ildə Bakıda avtomobil sayı 3 dəfədən çox artıb. Əvəzində bütün ucuz dayanacaqlar yoxa çıxıb. Şəhərin mərkəz hissəsi xaotik şəkildə səpələnmiş maşın dayanacağına çevrilib. Yeni tikilən parkinq sahələrin əlverişsiz yerlərdə olması vəziyyəti daha da dramatikləşdirir. Azər Allahverənov ayrı-ayrı boşalan yerləri parkinq tikmək üçün şirkətlərə verməkdənsə, məsələyə qlobal yanaşmağı və ümumi Bakı səviyyəsində ucuz parkinq sahələri tikməyi məsləhət görür: “Bu parkinq yerlərində sutkalıq qiymət 2-3 manatı keçməməlidir. Bu məsələdə Moskvanın təcrübəsindən yararlanmaq olar. Orada bir maşının bir gün ərzində saxlanması 100-200 rubl (2,5-5 manat) arasında dəyişir”.
Bu problemin həllində ilk addım kimi Bakıya girən yolların üzərində tikilən və ya planlaşdırılan metro stansiyalarının yaxınlağında ucuz parkinq sahələrinin yaradılması olmalıdır. Bu baxımdan metronun “Koroğlu” stansiyasının və Bakı avtovağzalının yanında tikilən metro stansiyasının yaxınlığında, o cümlədən Lökbatanda planlaşdırılan metro stansiyansının yaxınlığında yerli hakimiyyətə məxsus ucuz parkinq meydanlarının tikilməsi daha vacibdir. Və deyəsən, bu istiqamətdə artıq ilk addımlar atılır. Polkovnik-leytenant Vaqif Əsədovun verdiyi məlumata görə, avtovağzal ətrafında tikilən yeni metro stansiyasının yaxınlığında belə bir ucuz dayanacaq nəzərdə tutulur və bu, Şamaxinka və Tbilisi prospektləri istiqamətində tıxacları xeyli yüngülləşdirə bilər. /Ans
06.12.23, 11:08
Nurtleu: İran İslam dünyasının sütunlarından biridir 06.12.23, 10:03
Putin: Anam məni küncə qoymuşdu 05.12.23, 09:18
Almaniya ilə əlaqələr bundan sonra pozuldu - Putin 05.12.23, 09:16
Putin: Donuz kimi davransanız... 04.12.23, 10:36
Sionist rejim başçıları arasında ixtilaflar şiddətlənib 04.12.23, 10:26
HƏMAS 8 sionist əsgərini məhv etdi 02.12.23, 09:24
Yevlaxda 24 yaşlı qadın intihar edib 02.12.23, 08:58
Rusiya ordusu bu şəhəri tam ələ keçirdi 30.11.23, 08:58
Macarıstan Ukraynaya silah VERMƏYƏCƏK 30.11.23, 08:52
Fransada nazirlərə Vatsap və Teleqram qadağan edildi 29.11.23, 09:23
HƏMAS-dan İlon Maska çağırış: Bura da gəl! 28.11.23, 10:56
Bakıda gənc oğlan özünü asıb 28.11.23, 10:53
Tövlədə qardaşının asılmış meyitini... 27.11.23, 18:40
HƏMAS-ın başını kəsmək... - Rusiya 27.11.23, 18:37
İranla Azərbaycan arasında münasibətlər... - Kənani 27.11.23, 13:48
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub 27.11.23, 10:39
Yəmən ordusu daha bir İsrail gəmisini... 27.11.23, 09:46
Reallıq budur, Ukrayna qalib gəlməyəcək - Orban 27.11.23, 09:39
Ukrayna 1 milyon hərbçisini... 26.11.23, 12:14
Bolton: HƏMAS İsrailə qarşı mühüm qələbə qazandı 26.11.23, 12:02
Dünya çempionu olan Azərbaycan şahmatçısı Vətənə qayıdıb 26.11.23, 08:38
Sionistlər Netanyahudan üz döndərir 26.11.23, 08:37
Təl-Əvivdə Netanyahunun istefası tələb olunur 26.11.23, 08:34
Rusiya bir gecədə Kiyevin müdafiəsini çökdürdü - Soskin 25.11.23, 19:40
Əl-Məyadin: Sionist gəmisi hədəfə alınıb 25.11.23, 11:20
Bakıda 23 yaşlı oğlan intihar etdi 23.11.23, 09:23
Qazax sakini qətlə yetirilib 22.11.23, 10:27
Müsəlman ölkələrində bizə nifrət artır – Borrell 22.11.23, 10:25
650 min ukraynalı kişi döyüşdən qaçdı 21.11.23, 15:59
Ənsarullah: İsrail gəmisinin saxlanması dəniz qüvvələrinin sionistlərlə mübarizəsinin başlanğıcıdır 21.11.23, 11:35
Maduro: Maylinin qələbəsi Latın Amerikası üçün... 21.11.23, 09:27
Amnesty İnternational: Qəzzada hərbi cinayətlərə dair sübutlar var - İsrail mühakimə olunmalıdır 21.11.23, 08:58
Ukraynalılar kütləvi şəkildə Kiyevə qaçır 21.11.23, 08:56
ABŞ bazası yenə hücuma məruz qaldı 21.11.23, 08:55
Orbandan vətəndaşlara: Ukraynaya dəstək verməyin! 21.11.23, 08:51
İrandan Bakı ilə bağlı Obrayenə sərt cavab 20.11.23, 10:55
ABŞ-da atışma - 4 nəfər həlak oldu 20.11.23, 10:51
Göygöldə gənc oğlan intihar etdi 20.11.23, 10:46
Çindən təcili Qəzza açıqlaması: “Dərhal...” 20.11.23, 10:24
Əl-Əzhər dünyanın bütün azad insanlarını İsrail terrorizminə qarşı birləşməyə çağırdı 20.11.23, 10:18
İrandan ABŞ-a xəbərdarlıq: Cavabımız sərt olacaq! 20.11.23, 10:17
Rusiya bu sistemlə Ukrayna mərmilərini yararsız edir 20.11.23, 10:14
Ukraynalı zabit Su-27 ilə Rusiyaya qaçdı 19.11.23, 09:11
Avropanı parçalayırlar, məhvə aparırlar - Orban 19.11.23, 09:09
İşğalçı ABŞ-ın hərbi bazasına növbəti hücum 18.11.23, 10:43
Sərdar Qaani: Bu tarixi döyüşdə nə lazımdırsa, edəcəyik 18.11.23, 09:51
ABŞ-da xəstəxanada atışma olub, ölənlər var 18.11.23, 09:45
25 yaşlı gənc öldürüldü: meyiti ferma ilə birlikdə yandırıldı 18.11.23, 09:43
BMT-ni biz yaratmışıq... - Putin 16.11.23, 12:58
CNN: Əş-Şifa xəstəxanasının altında tunel yoxdur 16.11.23, 11:47
Yaponiyada sionist rejim səfirliyinə avtomobillə hücum edildi 15.11.23, 10:44
Rəisi: Hökumətlər sionist rejimin cinayətlərinin dərhal dayandırılması üçün təsirli tədbirlər görməlidir 15.11.23, 08:48
HƏMAS-dan İsrailə: Döyüş hələ indi başlayır! 15.11.23, 08:47
ABŞ-da yəhudilər İsrailə qarşı aksiya keçirdi 14.11.23, 10:59
İraq İslam Müqaviməti yeni raketini təqdim edib - Foto 14.11.23, 09:27
Qızlar təhsil almasın, uşaq doğsun! - Deputat 14.11.23, 09:23
Hərbçimiz intihar etdi 12.11.23, 12:14
ABŞ-da atışma oldu - Ölənlər var 12.11.23, 10:17
Bəşər Əsəd: İsraillə... 12.11.23, 10:15
Seyid Həsən Nəsrullah: Qəzza müharibəsini Amerika idarə edir - Müqavimət cəbhəsinin qüdrəti İran rəhbərliyinin sayəsindədir 12.11.23, 10:14
Rəisi: Qəzzada müharibə şərlə şərəfin qarşıdurmasıdır - İranın Qəzza böhranının həlli üçün 10 təcili həll yolu 12.11.23, 09:34
ABŞ-ın İraqdakı hərbi bazasına hücum edildi 11.11.23, 13:21
Azərbaycanda tibb bacısı qətlə yetirildi 11.11.23, 08:58
HƏMAS liderinin nəvəsi Qəzzada şəhid oldu 09.11.23, 09:55
Macarıstan Ukraynanın AB üzvlüyünə qarşı çıxdı 08.11.23, 11:44
Hizbullah: ABŞ bazalarına hücumun... 07.11.23, 11:54
Cənubi Afrika sionist rejimlə əlaqələri dayandırdı 07.11.23, 11:35
Ağ Evin qapısında “qanlı” əl izləri "peyda olub" 07.11.23, 10:28
Seyid Abbas Musəvi işğalçı İsrailin səfirini yıxıb-sürüdü 06.11.23, 10:19
İsrailin zəifliyi üzə çıxdı... - Vuçiç 06.11.23, 09:53
Rusiya Liviyada hərbi... 05.11.23, 12:45
Çad da məzlumu dəstəkləyən ölkələrə qoşuldu 05.11.23, 09:46
“Bayden altı yaşlı uşaq ağılındadır” – Tramp 05.11.23, 09:21
Bizdə yalnız bir Putin var - Peskov 04.11.23, 12:02
Sionist rejim Qəzzanın “Əş-Şifa” xəstəxanasını bombaladı 04.11.23, 11:55
Lüğətimdə İsraillə normallaşma yoxdur - Səid 04.11.23, 09:28
Daha bir ölkə işğalçı İsraildən səfirini geri çağırdı 04.11.23, 09:26
ABŞ ordusu hər gün itki verir, amma gizlədilir 02.11.23, 13:09
Ərdoğan Rəisinin təklifi ilə razılaşdı 02.11.23, 12:55
Bakıda 63 yaşlı kişini daşlayıb öldürdülər 02.11.23, 09:23
Daha bir ölkə işğalçı İsraildən səfirini geri çağırdı 02.11.23, 09:22
Bakıda ər arvadını öldürdü 02.11.23, 09:20
BMT TŞ-yə rəhbərlik Çinə keçdi 02.11.23, 09:12
Qazi İcra Hakimiyyətində qəbuldan çıxıb özünü...