Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

881 ev təcili söküləcək

Yeni söküntü xəbərdarlığı: 881 ev təcili söküləcək
Dəmir yolunun təhkim zolağındakı qeyri-qanuni tikililərin taleyinə aydınlıq gətirilib. Lent.az-ın verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov deyib ki, “Nəqliyyat haqqında“ qanunun, Torpaq Məcəlləsinin və “Nəqliyyat Nazirliyi haqqında əsasnamə“nin tələblərinə uyğun olaraq, Nazirlər Kabineti “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları“nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları“nın təsdiq edilməsi haqqında“ 23 fevral 2005-ci ildə 33 saylı qərar qəbul edib.

Arif Əsgərov qeyd edib ki, sənədin “Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması“ bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmi icazə verilə bilər.

Onun sözlərinə görə, bütövlükdə respublika üzrə dəmir yolunun təhkim zolağında 2840 qeyri-qanuni tikili var. Onlardan 538-i qeyri, 2302-si isə yaşayış sahəsidir: “Nəqliyyat Nazirliyinin müvafiq komissiyası 881 evin sökülməsini təxirəsalınmaz hesab edib, son qərar Nazirlər Kabineti tərəfindən veriləcək”.
6434 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP