Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2016

Cəlilabadda ev partladı: 73 yaşlı kişi yandı

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb.

Cəlilabad rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B. Mirzəyev bu gün xəstəxanada ölüb.
4430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP