Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

“İrana gələn turistlərin içində Azərbaycan vətəndaşları ən yüksək paya malikdir”

İranın vitse-prezidenti: “İrana gələn turistlərin içində Azərbaycan vətəndaşları ən yüksək paya malikdir”

Ötən il İrana 4,1 milyon turist gəlib. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın Mədəni Miras, Əl İşləri və Turizm Təşkilatının sədri Məhəmməd Əli Nəcəfi bildirib.

Onun sözlərinə görə, İrana gələn turistlərin 45%-i İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin payına düşür və onların da içərisində Azərbaycan Respublikasının vətəndaşları ən yüksək paya malikdir.

Vitse-prezident deyib ki, artıq İrana səfər edəcək turistlərin viza problemi olmayacaq: “İrana turistlərin səfər etməsi asanlaşdırılıb. Viza prosedurunun sadələşdirilməsi üç qrup ölkələrə şamil ediləcək. Çünki İranı ziyarət edən turistlərin bütün problemlərinin aradan qaldırılması lazımdır. Birinci qrup ölkələrin vətəndaşları İrana vizasız gələcək. İkinci qrup ölkələrin vətəndaşları müəyyən dövrlərdə İranı ziyarət etdiklərindən onlara da viza tətbiq olunmayacaq. Üçüncü qrup ölkələrin vətəndaşlarına isə viza tətbiq edilməsinə baxmayaraq, İrana rahat şəkildə gələ bilmələri üçün prosedur sadələşdiriləcək”.
5612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP