Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

“Müsəlman qardaşlar” hərəkatı QHT statusundan məhrum edilib

Misir hökuməti “Müsəlman qardaşlar” hərəkatını fəaliyyətlərinə icazə verilmiş qeyri-hökumət təşkilatlarının siyahısından çıxarıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Misirin “Əl Əhrəm” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Misirin müvəqqəti baş naziri Hazem əl Bablaui jurnalistlərə açıqlamasında bildirib ki, təşkilatın fəaliyyətinə məhkəmə tərəfindən qadağa qoyulduqdan sonra bu addımın atılması normal prosedurdur.

Bundan başqa, Misirin müvəqqəti Nazirlər Kabineti “Müsəlman qardaşlar”ın məhkəmənin qərarı ilə dondurulacaq maliyyə aktivlərinin idarə olunması üzrə komitə yaradıb.

Qeyd edək ki, sentyabrın 23-də Misir məhkəməsi “Müsəlman qardaşlar” hərəkatının fəaliyyətini qadağan edib və təşkilatın mülkiyyətinin müsadirə olunmasına qərar verib.
5747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP