Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2013

5 milyon 145 min seçici 5492 məntəqədə səs verəcək

“Seçici siyahısında 5 145 000 nəfərin adı var. Onlar 5492 məntəqədə səs verəcəklər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.

O bildirib ki, seçki məntəqələrinin 219-u müvəqqəti olaraq 5 gün müddətinə yaradılıb. M.Pənahov adı seçici siyahısında olmayan vətəndaşları narahat olmamağa çağırıb: “Dünyanın heç bir yerində ideal seçici siyahısı yoxdur. Adı seçici siyahısında olmayan seçici məntəqəyə gələrək, müvafiq sənədini göstərir və onun adı əlavə seçici siyahısına daxil edildikdən sonra bülletenlə təmin olunur və həmin vətəndaş səsvermədə iştirak edir”.

O, müşahidəçilərin ümumi sayının 52 min olduğunu deyərək, beynəlxalq müşahidəçilərin isə 1400 nəfərə yaxın olduğunu da qeyd edib. Yerli KİV nümayəndələri üçün qeydiyyat tələb olunmadığını deyən M.Pənahov bildirib ki, seçkiyə hazırlıq mərhələsi tam olaraq yekunlaşıb.
6966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
03.03.25, 08:55
Qusarda odunu 600 manata...
Go to TOP