Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2013

Çıxış yolu Allahdan kömək və ən xeyirlisini istəməkdir!

İslam Demokrat Partiyası bəyanat verdi
Vətəndaşlarımıza seçki öncəsi…
Müraciət…

Əzizlərim, Prezident seçkiləri ərəfəsi, xalqımız üçün növbəti ağır sınaqdır.. Bütün vətandaşlarımız bu zaman kəsiyində gələcəyimizin taleyinə biganə və laqeyid qalmamalıyıq.. Hər birimiz bu siyasi olayda maddi və mənəvi məsuliyyət daşıyırıq.. Demək olar ki, seçki olayında ölkəmizdə hər kəs əlindən gələnini yüksək səviyyədə etdi.. İndi ürəkdən demək olar ki, xalqımız siyasiləşib və öz taleyinə artıq biganə və laqeyid deyil.. Amma biz bilirik ki, seçkilərin müqəddaratını xalqın indiki durumu ilə həll etmək çox çətindir. Çünki, uzun müddət hakimiyyətdə olanların hakimiyyət hərisliyi və Böyük Güc Dövlətlərinin region savaşları, siyasi, hərbi və iqtisadi maraqları xalqın maraqları ilə toqquşanda çox amansız qərarlar qəbul edirlər.. Millətlər və dövlətlər belə siyasi oyunların ucbatından fəlakətlərlə, faciələrlə üzləşirlər və üzləşmək ehtimalları var..
Hesab edirəm ki, çıxış yolu Allahdan kömək və ən xeyirlisini istəməkdir!. Dua-müsəlmanların ən gözəl silahıdır.. Hal-hazırda seçim etməkdən, seçki günü məntəqələrə getməkdən əlavə, əllərimizi qaldırıb Uca Allahdan kömək istəməyi yadımızdan çıxarmayaq.. Böyük Allahdan istəyək ki, Dünyamızı, Məmləkətimizi, Dövlətimizi və Xalqımızı əminlikdə qərar versin!. Başımıza gələ biləcək bəlalardan, xətalardan, fəlakətlərdən, faciələrdən qorusun!.. Allah millətimizi hidayət etsin!.. Amin İnşəallah!..

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı
7352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
03.03.25, 08:55
Qusarda odunu 600 manata...
Go to TOP