23 Noyabr 2013
"Gülər Əhmədova da Sevinc Babayeva kimi öləcək"

Noyabr ayının 18-də "mandat alveri” olayında adı hallandırılan, mərhum Sevinc Babayevanı Türkiyədə himayə edən iş adamı Səlcuq Ağlayana bəraət verilib. Üzərində cinayət işi olan, həbs olunmasa da, ölkədən çıxışına yasaq qoyulan iş adamı barəsində sözügedən tarixdə sayca dördüncü məhkəmə keçirildi və sözügedən qərar verildi.
Biz də S.Ağlayanla söhbətimizdə son qərarın təfərrüatları və bundan sonra atacağı addımlarla bağlı danışdıq.
- Səlcuq bəy, keçmiş olsun deməklə yanaşı, bilmək istərdik ki, barənizdə bəraət qərarının verilməsi nə ilə bağlı oldu? Əlavə dəlillər, sübutlarmı qoyuldu ortaya?
- Bu qərar onu göstərir ki, mən günahsızam. Zatən ilk gündən də bunu deyirdim, ədalət qalib gəldi nəticədə. Amma bu müddət ərzində ölkədən çıxa bilmədim. Bütün işlərim, iş bağlantılarım ölkə xaricindədir. Tamamən ölkədən çıxmam dayandırılmışdı. İş əlaqələri qurduğum xaricdəki insanlarla yenidən əlaqələri bərpa edəcəm. Bir sözlə, iş həyatımı yenidən qaydasına salacam.
- Azərbaycana gəlib Sevinc Babayevanın qəbrini ziyarət edəcəyinizi demişdiniz daha öncə. Bu səfər yaxın zamanlarda mümkündürmü?
- Azərbaycana gəlmək istəyirdim. Amma orada nəzarət altına alınmağım, saxlanmağım təhlükəsi var. Başqa bir şeyi bəhanə gətirib, mənə problem yarada da bilərlər, mən bunu göz önünə almışam.
- Daha öncə Gülər Əhmədovanın işini aparan müstəntiq Emzar Qocayevin Türkiyəyə gələrkən sizinlə qeyri-demokratik davrandığını və bu barədə üzərinizdən xaricə çıxma yasağı qaldırılandan sonra açıqlama verəcəyinizi demişdiz. Bu davranışlar nədən ibarət idi?
- Məsələn, Emzar Qocayev mənə deyirdi ki, "bizim sizinlə heç bir problemimiz yoxdur. Sadəcə Gülər Əhmədovanın adını, onu tanıdığınızı bizə deyin. Əks halda, biz sizin hər bir işinizi araşdıracağıq”. Mən də ona dedim ki, birincisi, belə bir iddia doğru deyil. İkincisi də mən öz ölkəmdəyəm, bu ölkədə də demokratiya var, təhdidləriniz heç bir işə yaramayacaq, təhdidlə heç nəyə nail ola bilməzsiniz". Mən sadəcə bunu anlamıram: Elşad necə bir gücdür ki, orda prokurorlara, hakimlərə bir sözü ilə istədiyini elətdirir? Çox güman ki, onların hamısının kasetləri var onun əlində, ona görə də onları istədiyi kimi yönləndirə bilir, hakim ədası ilə prosesi yönləndirir də deyə bilərik. Hətta mənim haqqımda "qatil” deyib. Mənim qatil olmadığım üzə çıxdı. Elşad Abdullayev özü qatil olduğu üçün qarşısındakı insanları da qatil hesab edir. Amma Türkiyənin hüquq-mühafizə orqanları mənimlə bağlı ən incə nöqtəyə qədər araşdırma apardılar. Sübut edildi ki, mən sırf insani nöqteyi-nəzərdən bu işdə olmuşam, mərhum Sevinc Babayevaya yardım etmişəm. Amma sizin istintaqdakı insanlar şahidlərə qorxu, hədə, hətta fiziki zorla istədiklərini dedizdirirlər.
- Sizin üzərinizdən xaricə çıxma qadağasının götürülməsi ilə Gülər Əhmədova barəsində məhkəmə prosesinin də təxminən yekunlaşması - hökmün verilməsinə bir neçə gün qalıb - təsadüfdürmü? Hər iki hadisə arasında bir neçə günlük fasilə var. Sizcə bu, nə ilə bağlıdır?
- Bunu təsadüf olaraq qəbul etmirəm. Çünki mənim də diqqətimi çəkən məsələdir. Noyabrın 18-də ona iş istədilər, 20-də də mənim üzərimdən bu qadağanı götürdülər. Əslində bu, mənim sayca dördüncü məhkəməm idi. Amma sanki məni nəzarətdə saxlayırdılar, elə bir sürəclə yarışdıq biz. Türkiyə hakimləri, məhkəmə sistemi Azərbaycandakından fərqlidir.
- Sizi kim və niyə nəzarətdə saxlamaq istəyirdi?
- Hər halda mən bu təzyiq və nəzarətin olduğu qənaətindəyəm. Mən Gülər Əhmədovanı tanımıram, onun özü, məhkəməsi barədə sizin mediada yer alan yazıları oxuyuram. Qənaətimə görə, onun heç bir günahı yoxdur. Suçu olan insan gedib Fransada oturub. Mən belə başa düşünürəm ki, Gülər Əhmədova da öləcək. Elşad Abdullayev Fransadan, media vasitəsilə ona o qədər psixoloji təzyiq göstərəcək ki, ürəyi dözməyib öləcək. Çünki eyni hadisələr Sevinc Babayeva ilə bağlı da baş vermişdi. O da bənzər psixoloji təzyiqlə İstanbula gəlmişdi, Elşad Abdullayev hər gün ordan bir bəyanat verir, kasetlər yayırdı. Sevinc xanımın ürəyi buna dayanmadı axırda. Təəssüf ki, biz o zaman bunun fərqində olmamışdıq. Amma indi də Gülər xanımın ürəyi partlayacaq. Çünki Elşad Abdullayev bu işin professorudur. Anladığım qədər ilə əlində hamının kaseti var. İstədiyi ilə oynayır, istədiyini təhdid edir.
- Daha öncə demişdiz ki, üzərinizdən xaricə çıxma yasağı götürüləndən, barənizdəki cinayət işi bağlanandan sonra bizə maraqlı məlumatlar verəcəksiz. Onu nə zamana gözləyək?
- Yaxın zamanda gözləyin. 15 günlük bir sürəcimin keçməsi lazımdır. Ondan sonra Azərbaycan ictimaiyyəti, xalqı məndən bir şeylər gözləsin. Xüsusən də Elşad Abdullayev.
- Əlinizdə onunla bağlı nəsə sənədlər var?
- Yaxın zamanda görəcəksiz. Fikirlərimi söyləyəcəm, tələsməyin.
- Sevinc Babayevanın oğlu Ayxanın sizdən pul istəməsi ilə bağlı redaksiyamıza xəbər çatdırılmışdı. Ayxan bəy bunu təkzib etsə də, sizin də məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Elə bir şey yoxdur. Ayxan ağıllı uşaqdır. O da məndən pul ala bilər, mən də ondan. Aramızda belə bir şey söz konusu deyil və bu da heç kimi maraqlandırmır. Bizim onunla aramızda belə bir dostluq var. Ayxan ağıllıdır və bundan sonra da öz yolunda ağılla irəliləyəcəyinə inanıram.
- Gülər Əhmədovanın işində siz də şahid idiz və ifadəniz məhkəmədə elan edildi. Bəs niyə prosesə qatılmadınız? Dəvət gəlmədi, yoxsa özünüz gəlməkdən imtina etdiz?
- Şahid olaraq məhkəmədə olmaq istəmədim. Ora gəlib, ifadə verib-verməmə mənim istəyimə bağlı bir şeydir. Mənə zorla məhkəmədə ifadə verdirə bilməzlər. Mən istəsəm ifadə verərəm. Demokratiya da budur zatən.
- Yəni sırf şəxsi istəyinizlə bağlı oldu. İstəmədiyiniz üçün ifadə vermədiniz...
/Musavat/
15.07.25, 13:04
Almaniya parlamentinin Tədqiqat Mərkəzi: Beynəlxalq hüquqşünaslar İsrailin İrana hücumunu sual altına alır 15.07.25, 12:54
İşğalçı İsrail ordusuna ağır zərbə – Tank vuruldu, ölənlər var! 15.07.25, 12:12
İranın Müdafiə naziri: İran atəşkəsə etibar etmir 15.07.25, 10:54
Ənsarullah hərəkatından Əbu-Dabi və Ər-Riyada xəbərdarlıq: Yəmənli sabiq nazirin qaçırılmasının acı nəticələri olacaq 15.07.25, 10:48
Heç bir ölkə İsrailin batan gəmisinə yardım etmədi 15.07.25, 10:12
İsrailli hərbi mütəxəssislər: İsrail ordusu müharibə yorğunluğu və tükənmənin ağır nəticələrini yaşayır 15.07.25, 09:55
Sionist mətbuat: İranla 12 günlük müharibə İsrail iqtisadiyyatını COVID dövrünə qaytardı 15.07.25, 09:52
Kreml sözçüsü: Almaniya yenidən təhlükəli bir ölkəyə çevrilib 15.07.25, 09:48
"Aqodat Yisrael" Partiyası İsrail hökumətindən ayrıldı 15.07.25, 09:24
Təhlükəsizlik iclasında gərginlik: Zamir Netanyahuyaya... 14.07.25, 10:13
ABŞ-da kilsədə ölümcül atışma olub 14.07.25, 10:01
İran raketlərinin Əl-Üdeyddəki Amerika bazasına dəqiq zərbəsi 14.07.25, 09:47
FSB-nin tapşırığı ilə polkovniki öldürən iki azərbaycanlı... 14.07.25, 09:18
On il müharibə aparmağa... - Aştiani 13.07.25, 12:28
Əl-Məyadin: İran Rusiyadan ölkə daxilində uranın zənginləşdirilməsini dayandırmaqla bağlı heç bir təklif almayıb 13.07.25, 12:20
Suriyanın Müvəqqəti Prezidentinin Azərbaycanda İsrail rəsmiləri ilə görüş ehtimalı artır 13.07.25, 12:18
İmam Hüseyn (ə) 13.07.25, 11:53
İsrailin keçmiş baş naziri Ehud Olmertin Kanal 13 studiyasında səsləndirdiyi sarsıdıcı etiraflar! 13.07.25, 11:49
Qətər: İranın iqtisadi obyektlərinin hədəf alınması regional və beynəlxalq fəlakətə səbəb olar 12.07.25, 14:04
İranın sionist rejimlə döyüşdə ağıllı hərbi taktikası 12.07.25, 13:22
Terrorrçu Colani Azərbaycana gəldi 12.07.25, 10:46
Kim Çenin təklifindən imtina üçün əsasımız yoxdur 12.07.25, 10:44
BBC-nin məcburi etirafı: ABŞ-nin Əl-Üdeyddəki bazasına 15 milyon dollarlıq ağır ziyan dəyib 12.07.25, 10:30
Əraqçi: Əgər dünya Srebrenitsa faciəsindən dərs alsaydı, bu gün Qəzzada soyqırımın şahidi olmazdıq 12.07.25, 09:40
Təəccübdən psixoloji çökməyə qədər - İran raketləri 10.07.25, 12:26
Frans 24-ün Təl-Əvivdəki müxbirinin rəvayəti: İran raketləri və israillilərin psixoloji çökməsi 10.07.25, 10:17
Ağdərədə 46 yaşlı kişi minaya düşdü 10.07.25, 09:50
Rusiya məğlub olmayacaq, çünki... - Orban 10.07.25, 09:48
Trampın şok səs yazısı: Moskva və Pekini bombalayacam! 10.07.25, 09:35
Qəzza bataqlığında boğulan Netanyahu... - Liberman 10.07.25, 09:29
“X”in baş direktoru istefa verib 10.07.25, 09:27
Rusiya ordusu dron və raketlərlə Ukraynaya kütləvi hücum edib 09.07.25, 11:23
Sionistlərin yeni biabırçılığı: İsrail hava hücumundan müdafiə qüvvələrinin əsgərləri öz gənc yoldaşlarına cinsi təcavüz ediblər 09.07.25, 10:07
İsrail ordusunun generalından ifşa: Xalqı aldatmayın; Netanyahu bizi hərbi və iqtisadi dağılmaya aparır! 09.07.25, 09:46
ABŞ-də yaşayış binalarını güclü sel apardı 09.07.25, 09:32
Tramp yenə öz sevimli yelləncəyində yellənir - Medvedyev 09.07.25, 09:20
Ayətullah Xamenei: Amerikaya ölüm dedikdə... 09.07.25, 08:57
Moskvada növbəti “miqrant ovu” 08.07.25, 12:21
Ruslar bu vilayəti tam ələ keçirməyə yaxındır - NYT 08.07.25, 09:58
İlon Mask Trampı və onun hökumətini “təlxək” adlandırdı 08.07.25, 09:31
İran istəsə, onları məhv edə bilər, amma... - Roberts 08.07.25, 08:53
Rusiyalı milyarder Türkiyəyə qaçarkən hava limanında saxlanılıb - Təyyarəsi müsadirə edildi 07.07.25, 14:06
Braziliya Prezidenti: NATO silahlanma yarışını qızışdırır 07.07.25, 09:58
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki: İsrail ABŞ-sız davam gətirə bilməzdi! 07.07.25, 09:49
Hörmüz boğazı qlobal təsirlərə malikdir 07.07.25, 09:10
Yəmən ABŞ-ın aviadaşıyıcı dövrünə son qoyur 07.07.25, 09:03
Yəmən ordusunun vurduğu gəmi batır 07.07.25, 08:51
Əraqçi: ABŞ hökuməti İsrail rejiminin İrana qarşı təcavüzkar müharibəsində tam şəkildə şərikdir 07.07.25, 08:50
Yəmən lideri: Sionistlər və onların amerikalı havadarları vəhşi itdən daha pisdirlər. 07.07.25, 08:48
Şeyx Nəim Qasim: Müqavimət Livan xalqının aydın yoludur 07.07.25, 08:43
Türkiyə ordusunun 12 əsgəri öldü 07.07.25, 08:39
İsrail mediası: Netanyahunun hakimiyyətdə qalması İsrailə aylıq 1.2 milyard zərər vurur 06.07.25, 15:20
XANIM ZEYNƏB (S.Ə.) – İFFƏT VƏ MÜQAVİMƏT NÜMUNƏSİ 06.07.25, 14:34
Aşura məktəbinin insana öyrətdiyi 5 dərs 06.07.25, 08:07
AŞURA ZİYARƏTİNDƏN BİR PARÇA - VİDEO 05.07.25, 14:00
Teleqraf: İran İsrailin 5 hərbi bazasını vurdu, amma... 05.07.25, 12:38
Hüseyn (ə) əzadarlarının “Yəvmul Əbbas” mərasimi 05.07.25, 11:13
İşğalçı İsrailin 12 günlük müharibədə 40 milyard dollarlıq xərci 05.07.25, 11:03
İngilis diplomat: İsrailin İranda həyata keçirdiyi peşəkar əməliyyat tam uğursuzluqla nəticələndi 05.07.25, 10:55
İran İslam ümmətinin izzətini geri qaytardı 05.07.25, 10:49
"Müharibə İranın nüvə problemini həll etməyəcək" - Çin XİN-i 05.07.25, 10:47
BMT-nin eksperti İsrailə qarşı tam silah və ticarət sanksiyalarının tətbiq olunmasını tələb etdi 05.07.25, 09:00
Tasua günü niyə Həzrət Abbas (ə) xüsusilə xatırlanır? 05.07.25, 07:56
“TASUA” GÜNÜ 03.07.25, 10:42
Aşura hadisəsində İmam Hüseynin (ə) Quran dəlilləri 03.07.25, 09:49
Qardian: ABŞ İrana bir yalan əsasında hücum etdi 03.07.25, 09:47
Amerikayala müharibə sionistlərlə müharibədən xeyli asandır 03.07.25, 09:38
65 yaşlı kişini evindəcə bıçaqladılar