Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

Gülər Əhmədovanın ağzını açdırdılar?

O, həbs olunan zaman susmağa üstünlük verməklə sudan quru çıxacağını düşünürdü

Əyyub Kərim: «Gülər Əhmədova cəza alacaq, həm də lazım olduğu qədər»

Keçmiş deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın məhkəmə prosesi davam etdikcə ortaya maraqlı məqamlar çıxır. Halbuki, bəzi ekspertlər onun susacağını, danışmayacağını, fərqli mövqe, taktika seçəcəyini deyirdilər. Ancaq gözlənilənlər tam əksinə oldu. Keçmiş deputat daha da sərt danışmağa başlayır. Çünki Gülər Əhmədova həbs olunan zaman susmağa üstünlük verirdi və bu yolla həbsdən qurtulacağını düşünürdü. Məhkəmənin başqa istiqamətə getdiyini görən keçmiş deputat strategiyasını dəyişməli oldu.

Tanınmış hüquqşünas Əyyub Kərim deyir ki, Gülər Əhmədova cəza alacaq, həm də lazım olduğu qədər: “Hələ tutulan zaman demişdim ki, Gülər Əhmədova məhkəmə qarşısına çıxacaq, məhkəmədə dindiriləcək. O zaman bəziləri deyirdi ki, iş xitam olunacaq, razılaşma əsasında məhkəməyə çıxarılmayacaq. Mənim dediklərim özünü tam doğrultdu, Gülər Əhmədova məhkəmə qarşısına çıxdı. Gülər Əhmədova hansı taktikanı seçsə də, sonda nə danışsa da xeyri yoxdur, artıq qatar gedib. Gülər Əhmədova kimlə nə oyun oynayıb, hansı xətdə durub, bunun heç bir əhəmiyyəti yoxdur. Ona verilən ittihamla bağlı prokuror ciddi cəza istəyəcək”.

Əyyub Kərimin sözlərinə görə, Gülər Əhmədovanın məhkəmə prosesləri zamanı taktikası dəyişə bilər: “Təbii ki, onun taktikası var, vəkilinin strategiyası var. Gülər Əhmədova həbs olunanda öncə xəstə olduğunu dedi, sonra başqa bir taktika seçdi, daha sonra həbs olunmasında mətbuatı günahlandır. Yəni seçilən taktika bir neçə dəfə dəyişdirildi, bundan sonra da dəyişə bilər. Ancaq bu heç nəyi ehtiva etmir. Son sözündə də nəsə desə, cəzası daha sərt olacaq. Həm də onun dediklərinə heç kim inanmayacaq. Ona görə ki, Gülər Əhmədova bu oyunu bütün mövqelərdə uduzub. Deputat olduğu dövrdə oynadığı oyunların müəyyən hissəsini indi oynayır. Əvvəl deyirdi millət vəkilliyindən ona görə istefa verib ki, istintaqa kömək etsin. Guya istefa verməsəydi nə olacaqdı? Istintaq orqanı təqdimatla parlamentə çıxarsaydı mandatından məhrum ediləcəkdi. Bütün bunların hamısı nağıllardır. Gülər Əhmədovanın deputat olduğu zaman elədikləri indi qarşısına çıxır. Bir daha təkrar edirəm, ona lazım olan cəzanı verəcəklər”./azadlıq/
5368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP