Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

“Buradan çıxan kimi Elşad Abdullayevi tutduracağam"

Gülər Əhmədova: “Buradan çıxan kimi ELŞAD ABDULLAYEVİ TUTDURACAĞAM"
“KİV-lərə üzümü tutub birinci və axırıncı dəfə açıqlama verirəm. Elşadın iddia elədiyi kimi, bizim mandat alveri söhbətimiz olmayıb. Orada heç bir vəzifəli şəxsin adı çəkilməyib. Vaxt gələcək, görəcəksiniz ki, mən deyənlər düz idi”. Bu fikirləri bu gün keçirilən növbəti məhkəmə prosesində sabiq millət vəkili Gülər Əhmədova deyib.

O bildirib ki, Elşad Abdullayevin qurbanı olan insanların sayıını mətbuata ötürəcək: SİTAT - “Elşad mühacir adı almaq istəyir. Təəssüf ki, onu buraya gətirə bilmirlər. Mən buradan çıxandan sonra onu Fransada tapıb məhkəməyə verəcəyəm, həbs etdirəcəyəm. Sevincin ailəsini o maliyyələşdirir. Lakin mən onun təhdidlərinə əyilən deyiləm. Sizə söz verirəm, ölməyəcəyəm. Mən Sevinc deyiləm. Elşadın maskasını yırtacağam”.

Prosesdə çıxış edən şahid Vəfa Babayeva bacısı Sevinc Babayevanın Gülər Əhmədova ilə toyuq kababı yedikdən sonra zəhərləndiyini deyib: SİTAT – “Sevinc zəhərlənən vaxt dedi ki, Elşadla Gülərin pul söhbəti olub, ona görə küsüblər, lakin artıq barışıblar. Sentyabrın əvvəllərində ona zəng gəldi. Sevinc telefonda həmin adama dedi ki, Gülərə deyib, pulu qaytaracaq. Sonra da başladı ağlamağa. Mənə deyirdi ki, Elşadla pul məsələsi var. Gülər pulu qaytarmır. Gülərə də, Elşada da qarğış edirdi. Deyirdi ki, Gülər pulu qaytarsaydı, o da problem yaşamazdı. Sevinc Elşaddan və Gülərdən qorxurdu”./apatv/


5540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP