Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Ankara Xocalıya “soyqırım” demədi

Ankara Xocalıya “soyqırım” demədi – Türkiyədən zərbə

Ankara valiliyi Kızılcahamam Bələdiyyəsinin yaratmaq istədiyi Xocalı soyqırımı muzeyinin adına icazə verməyib.

Valilik bunu «soyqırım» kəlməsinin istifadəsi, ad olaraq verilməsinin diplomatik problemlər yaratması ilə izah edib. Bu barədə məlumatı Türkiyənin “Hürriyət” qəzeti yayıb. Bu etirazdan sonra bələdiyyə muzey üçün yeni ad axtarmağa başlayıb.
“Bəzi ölkələrdə soyqırım olaraq qəbul edilən və adına abidələr ucaldılan Xocalı soyqırımı Ankarada bir park və muzey ilə yaşadılacaq. Ankaranın Kızılcahamam bələdiyyəsi Azərbaycan hökumətinin dəstəyi ilə park olaraq başlatdığı işi muzeyə çevirməyi qərara alıb. Təməlqoyma mərasiminə azərbaycanlı millət vəkilləri də iştirak edib. Muzeyin fevralın 26-dək açılması planlaşdırılır.
Ancaq muzeyin “soyqırım muzeyi” adlandırılmasına Ankara valiliyindən etiraz gəlib” - deyə qəzet qeyd edir. Kızılcahamam bələdiyyəsinin başqanı Coşkun Ünal məsələyə münasibət bildirib:
“Azərbaycan dövləti ilə 2 ildir əməkdaşlıq edirik. Bu zamana qədər millət vəkilləri, prezident İlham Əliyevin müşavirləri, cənab səfir gəlib. İnşaat işləri başa çatmaq üzrədir. Panoramik bir muzey yaradırıq. Ermənilər tərəfindən demək olar ki, yox edilən Xocalıda yaşananları anladan əsər və sənədlər burda sərgilənəcək. Ancaq muzeyin adını dəyişdirmək məcburiyyətində qaldıq.
Valilik bildirdi ki, soyqırım kəlməsini qanuni olaraq istifadə etməyəcək, çünki bu diplomatik problem yarada bilər. Bəlkə “qətliam muzeyi” adlandıra bilərik və yaxud başqa bir ad olacaq. Adla bağlı fikirləşirik. Xocalıda baş verənləri bütün dünya bilir”./aznews.az/
6265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP