06 Noyabr 2013
Səfər Əbiyevin özəlləşdirdiyi obyektlər əlindən alınır

Sabiq müdafiə naziri üçün əsl təhvil-təslim başladı
MN-in keçmiş şefinin ələ keçirdiyi hər şeyə əl qoyulur; general-polkovnikin nazirliyin tenderləri vasitəsilə dövlətin milyonlarını öz müəssisələrində necə yuması haqda şok faktlar aşkarlanıb; silahlı qüvvələr üçün həyata keçirilən bütün əməliyyatlar yoxlanılacaq
Hələ vəzifədə olarkən barəsində çoxsaylı korrupsiya və rüşvətxorluq, qanunsuz özəlləşdirmələr, pul köçürmələri, saxta tenderlərlə bağlı ittihamlar səsləndirilən sabiq müdafiə naziri Səfər Əbiyev görəvindən alındıqdan sonra onunla bağlı daha ciddi faktlar ortaya çıxmaqdadır. Prezident İlham Əliyevin oktyabrın 22-də hökumətin yeni tərkibini müəyyənləşdirən sərəncamı ilə 18 il tutduğu müdafiə naziri postunu itirməsindən sonra S.Əbiyevin ordudakı bütün kadrları və Müdafiə Nazirliyi sistemindəki böyük yeyintilərdə ciddi rolları olan yüksək vəzifəli hərbçilər silahlı qüvvələrdən ya uzaqlaşdırılır, ya da aşağı vəzifələrə keçirilir. Bugünlərdə Müdafiə Nazirliyi sistemində total yoxlamaların başlayacağını və nəticəsinin necə olacağını bilən bir sıra yüksək vəzifəli hərbiçilər isə istefa verərək canlarını qurtarmağa çalışırlar. Belələrinin arasında hətta generallar da var.
Bütün bunlar S.Əbiyevdən sonra Müdafiə Nazirliyi sistemində baş verən, gözlə görünən açıq və rəsmi proseslərdir. S.Əbiyev və onun Müdafiə Nazirliyindəki adamları ilə bağlı baş verən qeyri-rəsmi hadisələrin miqyası isə daha geniş və daha ciddidi. MN-in sabiq şefinin ələ keçirdiyi və vaxtilə nazirliyə məxsus bir sıra obyektlərin, eləcə də vəzifəsindən istifadə edərək özəlləşdirdiyi başqa böyük obyektlərin başının üzərini qara buludlar alıb. İstefaya göndərildiyi qısa müddət ərzində aparılan ilkin araşdırmalar zamanı S.Əbiyevin həmin obyektlərin bir çoxunu qanunsuz ələ keçirərək böyük müəssisələr qurduğu və həmin müəssisələrin Müdafiə Nazirliyinin təchizatı ilə bağlı elan olunan əksər tenderlərin qalibi elan olunduğu, bu yolla da dövlətin milyonlarının mənimsənildiyi aşkarlanıb.
Məlum olub ki, belə obyektlərdən biri də Bakıda Qarabağ küçəsində yerləşən “Bakı Əyirici Toxucu” ASC-dir. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda S.Əbiyevin həmin müəssisəni 10 il əvvəl vəzifəsindən və hakimiyyətdəki mövqeyindən istifadə edərək 13 milyon manata özəlləşdirdiyi bildirilir. Həmin müəssisədə baş prokurorun sabiq birinci müavini, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan İsa Sadıqovun da müəyyən payının olduğu iddia olunur.

Əldə etdiyimiz məlumatda bildirilir ki, 10 ilə yaxın müddətdə Müdafiə Nazirliyinin geyim təchizatı ilə bağlı bütün tenderlərin yalançı qalibi olaraq “Bakı Əyirici Toxucu” ASC göstərilib və S.Əbiyevin bu müəssisəyə təyin etdiyi direktorların vasitəsilə büdcədən ayrılan pullar öz cibinə axıb: “Əvvəllər Səfər Əbiyevin qardaşı Rüstəm Əbiyev bu müəssisənin direktor müavini idi. Bütün məsələlərə birbaşa o nəzarət edirdi. Ancaq sonradan bununla bağlı ciddi qalmaqal yarandı. Səfər Əbiyev ”Bakı Əyirici Toxucu" ASC-nin ona məxsus olduğunu gizlədirdi. Amma Rüstəm Əbiyevin orada direktor müavini olması Səfər Əbiyevin gizli əməliyyatlarını və dövlət büdcəsindən ayrılan pulların necə mənimsənilməsini ifşa edirdi. Buna görə də qardaşını oradan uzaqlaşdırdı. Bu müəssisənin direktorları isə hər zaman Səfər Əbiyevin əlində bir vasitə olublar və faktiki olaraq onların ASC üzərində heç bir yetkisi olmayıb.

Son 10 ildə bu müəssisənin Müdafiə Nazirliyinin tenderlərində qalib gəlməsi adı ilə onun bank hesabına o qədər böyük məbləğdə pullar köçürülüb ki, artıq onların sayı-hesabı da itib. Bunların əksəriyyəti də malsız, yəni Müdafiə Nazirliyi üçün heç bir ləvazimat istehsal edilməyən əməliyyatlar olub. Bundan başqa, Müdafiə Nazirliyinin ərzaq təminatı da başqa müəssisələr vasitəsilə bu formada həyata keçirilib".
Bu barədə aldığımız məlumatlarda bildirilir ki, S.Əbiyevin ölkə rəhbərliyindən gizlətdiyi bu və digər bank əməliyyatlarının üstü hələ bir müddət əvvəl, o vəzifədə olarkən açılıb. Buna görə də məxfi araşdırmalar aparılıb. Məlum olub ki, həm “Bakı Əyirici Toxucu” ASC, həm də əvvəllər Müdafiə Nazirliyinin balansında olmuş bir sıra obyektlər ya qeyri-qanuni ələ keçirilib, ya da həmin obyektlər sənədləşdirilərkən ciddi qanun pozuntularına yol verilib. Üstəlik də həmin müəssisələr vasitəsilə dövlətin Müdafiə Nazirliyinə ayırdığı pullar mənimsənilib.
Buna görə də “Bakı Əyirici Toxucu” ASC başda olmaqla, bir sıra obyekt və müəssisələrin S.Əbiyevdən ayrılmasına qərar verilib. Xəbər qaynaqlarımız artıq bu qərarın icrasına başlandığını bildirirlər.
Qeyd edək ki, S.Əbiyevin ölkənin müdafiə nazirləri üçün nəzərdə tutulan yaşayış sahəsini də özəlləşdirdiyi bildirilir. Məlumatlara görə, yeni müdafiə naziri Zakir Həsənovun həmin mənzili də Müdafiə Nazirliyinin balansına qaytarmağa çalışdığı deyilir. Ordudakı kadr islahatlarının bugünlərdə başa çatdırılması nəzərdə tutulan ilkin mərhələsi yekunlaşdıqdan sonra isə Müdafiə Nazirliyi sistemində total yoxlamaların olacağı xəbəri var. Bu yoxlamaların nəticələrinin S.Əbiyev başda olmaqla, bir çoxları üçün ağır olacağı ehtimal edilir.
Mövzu ilə bağlı əlavə məlumatlar da almağa çalışacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./musavat/
19.05.25, 11:22
HƏMAS təkzib etdi: Girovları azad etmirik 19.05.25, 10:05
Medvedev Qərbi "daha dəhşətli müharibə" ilə hədələdi 19.05.25, 09:21
Trampın Colaniyə məftun olması dövrün komediyalarından biridir 19.05.25, 09:11
İşğalçı İsrailin vəhşiliyi davam edir - 151 şəhid 18.05.25, 11:02
Gəncədə kişi döş qəfəsindən bıçaqlandı 18.05.25, 10:54
ABŞ-də qasırğa nəticəsində 27 nəfər ölüb 18.05.25, 08:39
Qəzzədə daha 153 fələstinli şəhid olub 17.05.25, 11:05
Çin: İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət edirik 17.05.25, 11:04
"İran nüvə hüququndan güzəştə getməyəcək" - Əraqçi 17.05.25, 10:59
Kim Çen In ordunu müharibəyə hazır olmağa çağırıb 17.05.25, 10:50
Bakıda gənc oğlan parkda bıçaqlandı 17.05.25, 09:59
İmişlidə məktəbli qızın meyiti tapıldı 17.05.25, 09:52
ABŞ-da silahlı insident: ölənlər var 17.05.25, 09:51
Yəmən işğalçı İsrailin təhdidinə dərhal cavab verdi 17.05.25, 09:25
İstanbul görüşü: Putinin qələbəsi, Zelenskinin isə... 17.05.25, 09:22
Putinlə danışıqlar qaçılmazdır, gec-tez... - Orban 15.05.25, 12:06
Pezeşkiyan: Tramp iranlıları tanımayıb 15.05.25, 11:57
Macarıstan Ukraynanın PUA-sını məhv etdi 15.05.25, 09:17
Liviyada silahlı toqquşma: 6 ölü, 70 yaralı 14.05.25, 10:53
İranın “Şetab” şəbəkəsinin Rusiyanın “Mir” şəbəkəsinə qoşulması layihəsinin ikinci mərhələsi təqdim olunub 14.05.25, 10:51
380-dən çox dünya kino xadimi Qəzzədəki soyqırımı pislədi 14.05.25, 10:49
Rafael Ağayev əməliyyat olundu 14.05.25, 09:21
İşğalçı İsrailin vəhşilikləri davam edir - 45 şəhid 13.05.25, 13:07
Peskov: İranla münasibətlər uduş-uduşdur 13.05.25, 12:15
Putin razılaşmasa, mümkün deyil 13.05.25, 12:04
Şeyx Nəim Qasim: "Hizbullah 1982-ci ildən bəri Livan ərazilərinin işğal olunmuş ərazilərə ilhaqının qarşısını alır" 12.05.25, 11:37
Ayətullah Seyid Əli Xamenei: Müsəlmanlar düşmənin diqqətləri Fələstin məsələsindən yayındırmasına imkan verməməlidirlər 12.05.25, 11:29
PKK özünü ləğv etdi 12.05.25, 09:32
HƏMAS ABŞ vətəndaşı olan girovu azad edəcək 12.05.25, 09:17
İşğalçı İsrail bir gün ərzində Qəzzaya 60 hava zərbəsi endirib 11.05.25, 12:54
Putinin təklifinə reaksiyanı gözləyirik - Zaxarova 11.05.25, 12:08
19 aviaşirkət işğal olunmuş ərazilərə uçuşları ləğv edib 11.05.25, 10:46
"Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik" - Şahbaz Şərif 11.05.25, 10:44
Bakıda köməkçi tikilidə yanğından sonra... 10.05.25, 10:18
Yekun qələbə yaxındır - Medvedyev 10.05.25, 09:55
21 yaşlı gənc özünü asdı 10.05.25, 09:52
Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı 10.05.25, 09:45
"BAŞQA VARİANTIMIZ YOXDUR..." - Pakistan 09.05.25, 21:21
General Səlami: İstənilən miqyasda müharibəyə hazırıq 09.05.25, 21:19
İmam Rza (ə) hərəmində Əli ibn Musa ər-Rizanın (ə) mövlud gecəsi 09.05.25, 21:16
İşğalçı İsrailin 2 hərbçisi məhv edilib 08.05.25, 11:39
Hindistanın 21 hava limanı reyslər üçün bağlanıb 08.05.25, 11:39
ABŞ Çinin nüvə arsenalını 600 başlıq olaraq qiymətləndirir 08.05.25, 11:35
Fars körfəzinin adının saxtalaşdırılmasına BMT-dən reaksiya 07.05.25, 10:32
Avropa aviaşirkətləri Təl-Əvivə uçuşları dayandırdı 07.05.25, 10:31
Oman: Səna ilə Vaşinqton arasında gərginliyi azaltmaq səyləri atəşkəs razılaşmasına gətirib çıxarır 07.05.25, 10:28
Rus ordusu Lısovkanı ələ keçirdi 06.05.25, 12:02
Yəmən lideri: 57 güclü İslam ölkəsinin Fələstinə bir şüşə süd çatdıra bilməməsi utancvericidir 06.05.25, 11:45
Pezeşkiyan: Müsəlmanlar birləşsə, düşmən onlara zülm edə bilməz 06.05.25, 11:41
Ənsarullah: Sionist rejimin hücumlarına cavab verəcəyik 06.05.25, 09:05
Pens: Putin Ukraynada dayanmayacaq, qələbə qazansa... 06.05.25, 09:02
Ehud Barak: HƏMAS İsrail ordusu ilə 50 il vuruşa bilər. 06.05.25, 09:00
Ali Məqamlı Rəhbər Ayətullah Nuri Həmədanini ziyarət edib 05.05.25, 09:46
Yəməndən İsrailə cavab: Tam blokadaya alınacaq! 05.05.25, 09:37
Vəhşi İsrailin qətliamları davam edir - 19 şəhid 05.05.25, 09:34
Tramp bir daha prezident olmayacağını açıqlayıb 05.05.25, 09:27
İranın ən yeni ballistik raketi təqdim olundu - 1200 km 04.05.25, 12:26
ABŞ bizi qorxuda bilməyəcək, dialoq istəyirsə... - Çin 04.05.25, 12:23
Nüvə silahı olmadan da bunu edəcəyik - Putin 04.05.25, 12:07
Qəzza cəhənnəmə çevrilib - Aclıq faciəsi özünü göstərir 04.05.25, 12:06
Qatil Netanyahunun Azərbaycana səfəri təxirə salınıb 04.05.25, 12:04
Iran Expo 2025: Qlobal iqtisadiyyata pəncərə 03.05.25, 09:23
Almaniyada maşın izdihamın üzərinə sürüldü: ölü və yaralılar var 01.05.25, 13:28
Qrossi: İranla razılaşma çox vacibdir 01.05.25, 13:26
Ötən həftə Qəzza qurbanlarının 94%-i mülki şəxslər olub 01.05.25, 13:23
Qüds ətrafında güclü yanğın davam edir 01.05.25, 11:23
May fırtınalı başlayır - Medvedyev 01.05.25, 09:26
Gecə saatlarında həlak olan hərbçilərimizin fotoları 01.05.25, 09:17
Polis Moskvada LGBT üzvlərinin toplaşdığı kluba basqın etdi 01.05.25, 09:01
İranda yüksək səviyyəli Mossad casusu edam edildi 30.04.25, 10:31
Zaxarova: Ukraynadan nəticə çıxarın! 30.04.25, 10:24
Admiral Əlirza Təngsiri: Fars körfəzində təhlükəsizlik region xalqları tərəfindən təmin edilməlidir 30.04.25, 10:17
Tramp: Putin mənə görə bütün Ukraynanı ələ keçirməyəcək 30.04.25, 09:04
Sionistlərin vəhşilikləri davam edir - 51 şəhid 30.04.25, 09:01
KONQRESDƏ TRAMPA QARŞI İMPİÇMENT İRƏLİ SÜRÜLDÜ – 7 maddə ilə