Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

Əsgərlə bağlı cinayət işi başlandı

Qaçandan sonra yaralı tapılan əsgərlə bağlı cinayət işi başlandı
Müdafiə Nazirliyi hərbi hissədən qaçan əsgərlə bağlı məlumat yayıb.

Virtualaz.org-un APA-ya istinadən məlumatına görə, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə barəsində bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətə uyğun deyil.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Tovuz rayonundakı “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Cəmil Hüseynzadə oktyabrın 26-da xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib.

Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub.

Əsgər C.Hüseynzadə iki gün sonra Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə ələ keçib.

Bəzi KİV-də əsgər E. Hüseynzadənin öz komandiri tərəfindən döyülərək kanala atəlması barədə məlumatlar yayılıb.
5997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP