Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Fərhad Əliyevin qardaşı xaricə köçür

Rafiq Əliyevin ailənin xaricdəki biznesini idarə edəcəyi bildirilir

Rafiq Əliyev hazırda sənədlərinin qaydaya salınması ilə məşğuldur və yaxın günlərdə sənədləri qaydasına düşən kimi xaricə gedəcək." Bu haqda Avropa.info-ya bir müddət öncə prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən çıxmış Fərhad və Rafiq Əliyev qardaşlarının onlara görə vaxtilə həbsdə olmuş qohumlarından biri məlumat verib. Onun bildirdiyinə görə, eks İqtisadi İnkişaf naziri Fərhad Əliyevdən fərqli olaraq onun qardaşı "Azpetrol" Şirkətlər Qrupunun sabiq rəhbəri Rafiq Əliyev xaricdə yaşayacaq. "Fərhad və Rafiq Əliyev qardaşlarının Türkiyədə və Moldavada ciddi biznes strukturları mövcuddur. Onlar həbs olunsalar da ölkə xaricindəki biznesləri fəaliyyət göstərirdi. İndi ümumi qərar budur ki, Rafiq Əliyev xaricdə yaşayaraq ailənin ölkə dışındakı biznesini idarə edərək daha da genişləndirsin." Mənbə Rafiq Əliyevin böyük ehtimalla Türkiyədə yaşayacağını və mütəmadi olaraq Moldovaya da səfərlər edəcəyini bildirib.
Qeyd edək ki, Rafiq Əliyev hələ Azpetrol Şirkətinin prezidenti olmazdan öncə,məhz Moldovada yaşayıb və bizneslə məşğul olub. Fərhad Əliyevin nazir olduğu dövürdə Moldovada yaşayan və Əliyev qardaşları ilə biznes əlaqələri olan çoxlu sayda azərbaycanlı iş adamları ölkəmizə ciddi yatırım yatırmışdılar. Keçmiş İqtisadi İnkişaf nazirinin dövründə Moldovadan Azərbaycana gələn xeyli sayda iş adamına ölkəmizdə münbit şərait yaradılsa da, qardaşlar 2005-ci ildə həbs edildikdən sonra , həmin iş adamlarının bəzisi həbs olundu, bəzisi isə bizneslərini itirdilər. Məhz məşhur Zülfüqarlı qardaşlarını bu sıraya aid etmək olar.
Qeyd edək ki, Fərhad və Rafiq Əliyev qardaşları 2005-ci ildə həbs olunublar. Prezidentin Qurban bayramı ərəfəsində imzaladıqı əfv fərmanı ilə onlar azadlığa buraxılıblar.
6371 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP