Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Suriyada hökümət ordusu əs-Səfirə şəhərini ələ keçirib

Suriyada hökümət ordusu bir aylq mühasirədən sonra Hələbin 25 km cənub-şərqində yerləşən strateji əs-Səfirə şəhərini ələ keçirib.

SalamNews-un Əlcəzirə telekanalına istinadla verdiyi xəbərə görə, Hələb-Huma yolunun üzərində yerləşən bu şəhərin süqutundan sonra Hələbin şərq nahiyəsində hökümətin nəzarəti artacaq.

əs-Səfirədə olan müxalifətin "ASO" qüvvələri digər qruplaşmalardan dəstək tələb etsə də, müxalifətin arxa cəbhəsi olmadığından onlar şəhəri şimal yəni Hələb doğru tərk ediblər.

Bu arada KİV-lər məlumat veriblər ki, hökümət ordusu Suriyanın mərkəz və Livanla sərhəd ərazilərini əhatə edən əl-Qələmun dağ silsiləsində geniş hərbi əməliyyatlar keçirməyə başlayır. Lakin ABŞ və Rusiya sözügedən hərbi əməliyyatın "Cenevrə-2" sülh danışıqlarına qədər baş tutmaması zəminində razılığa gəliblər və birgə Rəsmi Dəməşqə təzyiqlər göstəriblər.
5055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP