Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Azərbaycanda həbsxanada dəhşətli işgəncə

Azərbaycanda həbsxanada dəhşətli işgəncə - “Ac-susuz...”

Bakı şəhər sakini Sülhiyyə Əsgərova “6” saylı cəzaçəkmə müəssisəsində saxlanılan qardaşının fiziki işgəncəyə məruz qaldığını bildirir. Bununla bağlı “Qafqazinfo”ya müraciət edən S.Əsgərovanın sözlərinə görə, qardaşı Natiq Güləliyev Zülfiqar oğlu artıq üç gündür ki ac-sussuz “kars”da saxlanılır.

O bildirib ki, qardaşı aksiz markası olmayan siqaret satışı ilə məşğul olduğu üçün bir il bundan əvvəl həbs edilib və dörd il yarım cəzasının çəkilməyən hissəsi qalır: “Bu ayın 19-u cəzaçəkmə müəssisəsinin rəis müavini olan Rövşən adlı şəxs qardaşımı ayağqyalın, köynəksiz, bircə şalvar əynində 11 saat daş otaqda saxlayıb.
Digər məhbusların yanında papağını çıxarıb tapdalayıb. Bunu həmin hadisədən bir gün sonra qardaşım özü zəng edərək mənə dedi. Orada həftədə bir dəfə ev telefonu ilə zəng etməyə icazə verilir. Rəisə şikayət edəndə o, bizə müavinini cəzalandırcağını dedi, üstəlik qardaşım haqqında da müsbət xarakteristika verdi. Biz eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə müraciət etdik, Mədət Quliyevin qəbulunda olduq.
O, bizə dedi ki, gedin bundan sonra heç kim ona heç nə edə bilməz. Həftədə iki dəfə görüşün, yemək gətirə bilərsiniz. Atam ayın 28-i ona yemək apardı, lakin nəinki yeməyi, heç bir stəkan su belə vermirlər ona. Məlum oldu ki, biz Ədliyyə Nazirliyinə şikayət edəndən sonra onu “kars”a salıblar. Atam yenidən Mədət Quliyevin qəbulunda oldu, Penitensiar Xidmətin rəisi bizə dedi ki, hara şikayət edirsiniz edin, o mənim işçimdir və mən onu müdafiə edəcəm. İndi biz bilmirik hara müraciət edək, qardaşım 3 gündür ki ac-susuz qalıb”.
5607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP