Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2025

KAFİRLƏRƏ XİTAB

Ey sehyonist, ey Tramp, ey Yəzid nümunəsi!
Ölməz şəhadət ruhu, Qasimlər ənənəsi!

Şərab içən, hoqqabaz, başı boş, qəlbi qara!
Rəyasət işi hara, sən hara ay avara!?
Cinayət işlədibsən, çəkiləcəksən dara,
Allah düşməni olan, Amerka divanəsi!
Ey sehyonist, ey Tramp, ey Yəzid nümunəsi!

Hədələrin kəsərsiz, hiylənə aldanmarıq,
"La ilahə illəllah" desən də inanmarıq,
Nə şeytanlıq etsən də bil ki, haqqı danmarıq!
Mübarizə meydanı, indı haqq zəmanəsi,
Ey sehyonist, ey Tramp, ey Yəzid nümunəsi!

Bütün havadarların, bütün hərbi qüdrətin,
Köpük misalındadır, çünkü yoxdu qeyrətin,
Namərd, tülküsən, qorxaq, meydanda yox cürətin,
"Ağ ev"in viran olar, misli Yəzid xanəsi,
Ey sehyonist, ey Tramp, ey Yəzid nümunəsi!

Girdabına düşmüsən, artıq sən zəlalətin,
Qətlü-qarətdir işin, şeytanlıqdır adətin,
Gəmirərsən əlini sümükdə qalmaz ətin,
Gözləyir səni çoxdan Cəhənnəm zəbanəsi,
Ey sehyonist, ey Tramp, ey Yəzid nümunəsi!

Ey İblisə tay olan, ağlın itirmiş qoca!
Bundan belə lənətlik oldun dünya durduqca,
Şəhidlərin məqamı Axirətdə çox uca
Allah aşiqidirlər, Hüseynin pərvanəsi
Ey sehyonist, ey Tramp, ey Yəzid nümunəsi!

Bir qəhrəmandı Qasim, bayraqdardı Rəhbərə,
Şücaətdə bənzəri vardı Malik Əştərə,
Göz dağıydı hər cürə düşmən olan "əbtər"ə,
Əhdə vəfadarlığın qanıydı nişanəsi,
Ey sehyonist, ey Tramp, ey Yəzid nümunəsi!

Allah şəhidlərinə bu gün dil uzadanlar,
Alçaqlarla dostluğun, sabah çox gözəl anlar,
İntiqam vaxtı çatar, yerdə qalmaz bu qanlar,
Allahın tədbirindən üstünmü şər qüvvəsi?
Ey sehyonist, ey Tramp, ey Yəzid nümunəsi!

İmam Hüseyn məktəbi, bizim iftixarımız,
"Heyhatə minnəz zillə", şəhadət şüarımız,
Qasim Süleymani tək çox hələ Sərdarımız,
Qəhrəmanlıq ümmanı, hər biri dürr danəsi,
Ey sehyonist, ey Tramp, ey Yəzid nümunəsi!


921 dəfə baxılıb
در حال ارسال اطلاعات...