Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2024

EDOARDO ANİELLİ

Haqq yolunda verib can, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Zəngin həyat tərzinə eyləmədin rəğbəti,
Şamil olubdur sənə Allahın inayəti,
İnqilab rəhbəriylə görüşmək səadəti,
Tapdın dərdinə dərman, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Terror etdi sehyonist qorxaraq haqq yolundan,
Haqq yolda xərclənəcək sərvətindən, pulundan,
Yeganə əcnəbisən Rəhbər öpüb alnından,
İman əhli, italyan Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Olmadın zənginliyin, sərvətin sorağında,
Məhrum olan irsinin, vərasət marağında,
Şəhadət nəsib oldu sənə erkən çağında,
Zərbətlənmisən cavan, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Qurban verdin hər şeyi yoluna, əqidənə,
Sevirdin İmamını, çün əziz idi sənə,
Adım Edoardo deyil, Məhdi söyləyin mənə,
Deyirdin hər bir zaman, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Təhqiq edib İslamı, qəbul etdin Əlini,
Məyus etdin iblisi, qırdın onun belini,
Qəbul etdin mərdanə şəhadət bədəlini,
Təvazö əhli insan, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Üz döndərsə də səndən ailən, əzizlərin,
Təqib etdin haqq yolun, yolun mübarizlərin,
Dönmədin Allahından, üstün tutdun sözlərin,
Verdin gözəl imtahan, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

İmam Zaman əsgəri olmaq şövqü, ilhamı,
Ən böyük arzun sənin, görmək idi İmamı,
Qəlbində qoydu sehyon bu arzunu, bu kamı,
Yerdə qalmaz nahaq qan Ediardo Anielli,
Aşiqi İmam Zaman, Ediardo Anielli.

Terrorçudur Qərb özü, avropalı, amerkan,
Danışsa da sözündə insan azadlığından,
Qətl eləyiblər neçə milyonlarla müsəlman,
İndi daha verir can, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Tapmısan Allahını sən kübar ailəsində,
Nə çox azğın müsəlman, ərəb qəbiləsində,
Kafir ölür müsəlman, müsəlman ölkəsində,
Etmir Allaha iman, Edoardo Anielli.
Aşiqi İmam Zaman, Edoardo Anielli.

"İtalyan kralları" olmağa baxmayaraq,
Şərəflə İslam dinin etdin əlində bayraq,
Üzü ağ, alnı açıq Rəbbinə qovuşaraq,
Ol "Əhli beyt"ə mehman Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Tarixə yazdın adın, qanlı şəhadətinlə,
Çox gözəl iz qoymusan, şanlı hekayətinlə,
Nuş ola Cənnət sənə, ordakı nemətinlə,
Etdin əhdinə peyman, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Eyni aqibət ilə dostun da oldu şəhid,
Ruhu şad olsun onun, Luka Konte mücahid,
Cənnətdə bir yerdəsiz, inşəallah var ümid,
Ölməz heç vaxt şəhidan, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.

Sərhəd bilməyir iman, sərhəd bilmir etiqad,
Nəfsinə qul olmadın, dünyada oldun azad,
Axirətə tədarük eyləmisən yaxşı ad,
Sərdar da sənə heyran, Edoardo Anielli,
Aşiqi İmam Zaman, Edoardo Anielli.


582 dəfə baxılıb
در حال ارسال اطلاعات...