Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2024

GƏL !

Bədən buza dönəcək, ruh hərarətə,
Çıxacaq azadliğa dözən əsarətə,
Son ünvanda qoyular son bu həsrətə,
Olmayacaq ixtiyarım səsləmədən gəl!

İbarətik alıb verdiyimiz nəfəsdən,
Könlüm quşu bizar olub qəfəsdən,
Dünya dedikləri uzun tənəffüsdən,
Məzun olmamışdan mən gəlmədən gəl!

Həmd olsun Ona ki, səni yaratdi,
Əli hər yerdən üzülənə bəhanə atdı,
Vaxtı da Ona məlum hansı saatdı,
Günahlarım qəşş edib gülmədən gəl!

Cavandım, nəfsə uydum deyil ki, cavab,
Əlbəttə ki, günahım çox, nəinki savab
Nəkirlə Münkər qəribə etməmiş xitab,
Haqq hesab kitabım tən bölmədən gəl!

Yaşamaq əladır, yaşamaqdan əlasan Sən,
Qanadlanıb uçmağa ərşi muəllasan Sən,
Eybli bir nökərə nə gözəl Mövlasan Sən,
Kəramət sahibisən mən ölmədən gəl!


1212 dəfə baxılıb
در حال ارسال اطلاعات...