Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2024

HAZIRSANMI?

Kim tutub qaldı bu viranə dağılmış mülkdə?
Hamı bir gün öləcək, ölməyə hazırsanmı?

Qanlı yaşlar tökülər hesab günü gözlərdən,
Tökülən qanlı yaşı silməyə hazırsanmı?

Deyirik harda qaldı, niyə gəlmir Sərvərimiz?
Sərvəriylə üz-üzə gəlməyə hazırsanmı?

Necə bir yerdir cəhənnəm, bizə bəhs etdi Quran,
Cəhənnəmdə dəhşəti görməyə hazırsanmı?


209 dəfə baxılıb
در حال ارسال اطلاعات...