Sən, ey sınıq qəlbin həzin nəğməsi!
Görüş yerindəyəm əlimdə gül dəstəsi,
Qoy Mövludun sevindirsin hər kəsi!
Mən üzü qarənin ləyaqəti yox!
Sən aşikarsan Ağa can, aftab içində
Bu şeir də, bəhanədir, xitab içində,
Ömür deyilən müddət kitab içində,
Yalansa başdan ayağa həqiqəti yox!
Düşünmürəm ki, ayrılıq yaradı mənə,
İnan ki, dolğun günəş də qaradı mənə,
Öz günahımdan hörülən asardı mənə,
Atlayıb keçməyə ayağın da, taqəti yox!
Azadlığı Cəmkəranda istədim edim cəm,
Gedəndən bilmirəm ki, bir də gələcəm?
Səsim batanadək Səni səsləyəcəm,
Qoymasa ürəklərdə təsir, əsarəti yox!
Ey əhli aləm, yığışın məclisimiz var!
Anamız Zəhraya gəlin Nərcisimiz var,
Seyyid Əli balası Rəhbərimiz var,
Ərz etməyə salam həqirin, cəsarəti yox!