Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2024

MÜBARƏK OLSUN

Salam olsun şəhidlərin şahına!
Əbulfəzlil Əbbası da yad edək!
Alqış deyək İmamın pak ogluna!
Dostlarını təbrik ilə şad edək!

Bu evə olarsaq nökər, behtərik,
Behtər olub olmasaq da mehtərik,
Mehtər ola bilsək əgər bərtərik,
Könlümüzü bununla dilşad edək!

Şəban ayı müqəddəsdir əzizdir,
Əhli-beytə sevgi necə ləzizdir,
Ən incə duyğudur, pakdır, təmizdir,
Bu sevdanı aləmə fəryad edək!

El-aləm xürrəmdir, şadlıq ələnmiş,
Sevinclə, fərəhlə hamı bələnmiş,
Bu pak təvəllüdlər bir rəhmət imiş,
Bunca mövludları çox abad edək!

Seyyida! Yad elə ərbabımızı!
İstərik versinlər muradımızı,
Qoy nurlu etsinlər sabahımızı!
Babul-həvaicdən bir murad edək!


355 dəfə baxılıb
در حال ارسال اطلاعات...