Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2024

MÜBARƏK BESƏT GÜNÜ

Bu gün risalət günüdür,
Salam olsun Peygəmbərə!
Mübarək besət günüdür,
Salam olsun Peyğəmbərə!

Gətirdi Cəbrail xəbər,
Bu gün oldu çox mötəbər,
Təyin oldu son Peygəmbər,
Salam olsun Peyğəmbərə!

İlk ayələr gətirildi,
Nur dağında endirildi,
Oxu! Əmri bildirildi!
Salam olsun Peyğəmbərə!

Yer-göy əhli salam dedi,
Sələvata dəvam dedi,
Xoş müjdəli kəlam dedi,
Salam olsun Peyğəmbərə!

Bayram etdi bütün aləm,
Mələklər də olub həmdəm,
Söylədilər hey dəmadəm,
Salam olsun Peyğəmbərə!

Rəhmətən lil aləmindir!
Ayətən fil aləmindir!
Xilqətən bil aləmindir!
Salam olsun Peyğəmbərə!

Zülmətlərə işıq saçdı,
Şəyatinlər görüb qaçdı,
Hidayət yolların açdı,
Salam olsun Peyğəmbərə!

Sələvatü səlam deyək!
Borcumuzdur zikr eyliyək!
Sevək Onu, həm sevdirək!
Salam olsun Peyğəmbərə!

Əziz idi nəcabəti,
Artdı yenə şərafəti,
Arzumuzdur şəfaəti,
Salam olsun Peyğəmbərə!

Xətmi rusul adın aldı,
Dini İslam çox ucaldı,
Quranı yadigar qaldı,
Salam olsun Peyğəmbərə!

Seyyid Rövşən alqış deyər!
Küfr edənə qarğış deyər!
Daim haqqa çagrış deyər!
Salam olsun Peyğəmbərə!


107 dəfə baxılıb
در حال ارسال اطلاعات...