Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2023

İmam Riza (ə)

Qucaq açıb gəldik Sənə,
Qəbul eylə, İmam Riza!
Gəlib mehman olduq Sənə,
Qəbul eylə, İmam Riza!

Sənə könül verib gəldik,
Saf ürəklə sevib gəldik,
İmam Riza deyib gəldik,
Qəbul eylə, İmam Riza!

Xorasanın şahı Sənsən,
Bəndəvin pənahı Sənsən,
Həm cəlalı, cahi Sənsən,
Qəbul eylə, İmam Riza!

Aciz quluq, çarəsizik,
Qapınızda nökərizik,
Daim Sizin şakirizik,
Qəbul eylə, İmam Riza!

Haqq yoluna bel bağladıq,
Zülfü ənbər tel bağladıq,
Nə gün, nə ay, il bağladıq,
Qəbul eylə, İmam Riza!

Qul ağasın tərif edər,
Bu iş, qulu məruf edər,
Həqq biləni arif edər,
Qəbul eylə, İmam Riza!

Ziyarətin qismət oldu,
Şükr Allaha nemət oldu,
Seyyid üçün minnət oldu,
Qəbul eylə, İmam Riza!


1057 dəfə baxılıb
در حال ارسال اطلاعات...